Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə AZƏRBAYCAN RESPUBLIKASININ Q A N U N U
Azərbaycan Respublikasının bəzi qanunvericilik
aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ
Q A N U N U
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. "Konstitusiya Məhkəməsi haqqında" Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 1, maddə 9) aşağıdakı əlavə və dəyişiklik edilsin:
1. 34.4.1-ci maddədə "axırıncı məhkəmə instansiyasının qərarının" sözlərindən sonra "(Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarının)" sözləri əlavə edilsin.
2. 72.2-ci, 73.2-ci, 73.6-cı, 73.7-ci və 73.8-ci maddələrdə ismin müxtəlif hallarında verilmiş "əmək haqqı" sözləri ismin müvafiq hallarında "vəzifə maaşı" sözləri ilə əvəz edilsin.
II. "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 5, maddə 413; 1999- cu il, № 5 maddə 284, № 7 maddə 396, № 10 maddə 570; 2001-ci il, № 5 maddə 292, № 6 maddə 379, № 7 maddə 455; 2002-ci il, № 1 maddə 4, № 12, maddə 706; 2003-cü il, № 6 maddə 278; 2004-cü il, № 2, maddə 57; Azərbaycan Respublikasının 2004-cü il 5 mart tarixli, 598-IIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər və əlavələr edilsin:
1. 79-cu maddənin üçüncü hissəsindən beşinci və altıncı abzaslar çıxarılsın, yeddinci - on dördüncü abzaslar müvafiq olaraq beşinci - on ikinci abzaslar hesab edilsin.
2. 79-cu maddənin üçüncü hissəsinin beşinci abzasından "hakimlərin müraciətlərinə əsasən" sözləri çıxarılsın.
3. 79-cu maddənin üçüncü hissəsinin səkkizinci abzasında, 80-ci maddənin ikinci hissəsində "yeni açılmış" sözlərindən əvvəl "hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar və" sözləri əlavə edilsin.
4. 83-cü maddənin on altıncı abzası çıxarılsın, on yeddinci - iyirmi birinci abzaslar müvafiq olaraq on altıncı - iyirminci abzaslar hesab edilsin.
1.13.6-cı maddə aşağıdakı redaksiyada verilsin:
"13.6. İcraatında olan işlər üzrə insan hüquq və azadlıqlarının həyata keçirilməsi məsələləri ilə bağlı məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərh edilməsi haqqında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət edə bilər.".
2. Məcəlləyə aşağıdakı məzmunda 13.7-ci, 254.1.6-cı və 256.0.5-ci maddələr əlavə edilsin:
"13.7. Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun.";
"254.1.6. məhkəmə bu Məcəllənin 13.6-cı maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərh edilməsi haqqında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət etdikdə.";
"256.0.5. bu Məcəllənin 254.1.6-cı maddəsi ilə nəzərdə tutulan halda məhkəmə müraciəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı dərc olunanadək.".
3.29-cu fəslin adında, 285.0.5-ci, 302.4-cü, 302.6- cı, 302.7-ci, 303.1-ci, 303.2-ci, 303.3-cü, 303.4-cü, 304.2- ci, 304.3-cü və 304.4-cü maddələrdə "normativ" sözündən sonra "xarakterli" sözü əlavə edilsin.
4. 302.1-ci və 302.4-cü maddələrdə "yerli özünüidarə orqanının, sair orqan və təşkilatların" sözləri "sair dövlət orqanlarının" sözləri ilə, 302.7-ci, 303.2-ci və 303.4-cü maddələrdə "yerli özünüidarə orqanının, sair orqan və təşkilatın" sözləri "sair dövlət orqanının" sözləri ilə, 303.1-ci və 304.4-cü maddələrdə "yerli özünüidarə orqanı, sair orqan və təşkilat" sözləri "sair dövlət orqanı" sözləri ilə əvəz edilsin.
5. 302.1-ci maddədə "qəbul və dərc etdiyi normativ aktla" sözləri "qüvvəyə minmiş normativ xarakterli aktı ilə" sözləri ilə əvəz edilsin.
6. 302.5-ci maddədən "normativ aktın hansı kütləvi informasiya orqanında və nə vaxt dərc edildiyi göstərilməklə," sözləri çıxarılsın.
7. 304.3-cü maddədə "bu qətnaməsi" sözləri "qanuni qüvvəyə minmiş qətnaməsi" sözləri ilə əvəz edilsin.
8. Məcəllədən 40-cı fəsil və 431-ci maddə çıxarılsın.
9. Məcəlləyə aşağıdakı məzmunda 44-1-ci fəsil əlavə edilsin:
"Fəsil 44-1
HÜQUQ VƏ AZADLIQLARIN POZULMASI İLƏ BAĞLI
YENİ HALLAR ÜZRƏ İCRAAT
Maddə 431-1. İşə hüquq və azadlıqların pozulması
ilə bağlı yeni hallar üzrə yenidən
baxılması
431-1.1. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarına hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə yenidən baxıla bilər.
431-1.2. Hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə məhkəmə aktlarına yenidən baxmaq üçün əsaslar aşağıdakılardır:
431-1.2.1. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarlarının və ya məhkəməyə müraciət etmək hüququnu pozan məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyası və qanunlarına uyğun olmadığı hesab edilməsi;
431-1.2.2. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən Azərbaycan Respublikasının məhkəmələrinin işə baxarkən "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın müddəalarını pozduğu müəyyən edilməsi.
Maddə 431-2. Məhkəmə aktlarına hüquq və azadlıqların
pozulması ilə bağlı yeni hallar üzrə baxan məhkəmə
Qanuni qüvvəyə minmiş məhkəmə aktlarına hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu baxır. Plenum Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarının icrası ilə bağlı yalnız hüquqi məsələlər üzrə işlərə baxır.
Maddə 431-3. Məhkəmə aktlarına hüquq və azadlıqların
pozulması ilə bağlı yeni hallar üzrə
yenidən baxılması qaydası
431-3.1. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və ya İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarı Azərbaycan Respublikasının Ali Məhkəməsinə daxil olduqdan sonra 3 aydan gec olmayan müddətdə Plenum məhkəmə iclasında hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə məhkəmə aktlarına baxır.
431-3.2. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və ya İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarı Azərbaycan Respublikasının Ali Məhkəməsinə daxil olduqda Ali Məhkəmənin sədri işin Plenumun məhkəmə iclasına hazırlanmasını və məruzə edilməsini hakimlərin birinə tapşırır.
431-3.3. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər. Lakin onların gəlməməsi işə baxılmasına mane olmur.
431-3.4. İşə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun iş qaydasına müvafiq olaraq baxılır.
Maddə 431-4. İşə hüquq və azadlıqların pozulması
ilə bağlı yeni hallar üzrə yenidən
baxmaq haqqında qərar
431-4.1. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu işə baxılmanın nəticəsi üzrə qərar çıxarır. Qərar bu Məcəllənin 430.2-ci və 430.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmalıdır.
431-4.2. Hüquq və azadlıqların pozulmasına dair Konstitusiya Məhkəməsinin qərarına uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu aşağıdakı qərarlardan birini qəbul edir:
431-4.2.1. əlavə kasasiya qaydasında çıxarılmış qərarın və (və ya) kasasiya instansiyası məhkəməsinin qərarının və onunla bağlı apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının tam və ya qismən ləğv edilməsi və işin apelyasiya instansiyası məhkəməsinə yenidən baxılması üçün göndərilməsi barədə (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən məhkəməyə müraciət etmək hüququnu pozan məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyası və qanunlarına uyğun olmayan hesab edilməsi barədə qərar qəbul edildikdə, Plenum həmçinin hüquq və azadlıqların pozulması ilə çıxarılmış birinci instansiya məhkəməsinin aktlarını da tam və ya qismən ləğv edə bilər);
431-4.2.2. əlavə kasasiya qaydasında çıxarılmış qərarın və (və ya) kasasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının qüvvədə saxlanılması barədə;
431-4.2.3. əlavə kasasiya qaydasında çıxarılmış qərarın ləğv edilməsi və kasasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə.
431-4.3. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarı ilə əlaqədar olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu aşağıdakı qərarlardan birini qəbul edir:
431-4.3.1. əlavə kasasiya qaydasında çıxarılmış qərarın və (və ya) kasasiya instansiyası məhkəməsinin qərarının və onunla bağlı apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının tam və ya qismən ləğv edilməsi və işin apelyasiya instansiyası məhkəməsinə yenidən baxılması üçün göndərilməsi barədə (İnsan Hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən məhkəməyə müraciət etmək hüququnu pozan məhkəmə aktlarına dair qərar qəbul edildikdə, Plenum həmçinin hüquq və azadlıqların pozulması ilə çıxarılmış birinci instansiya məhkəməsinin aktlarını da tam və ya qismən ləğv edə bilər);
431-4.3.2. əlavə kasasiya qaydasında çıxarılmış qərarın və (və ya) kasasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının qüvvədə saxlanılması barədə;
431-4.3.3. əlavə kasasiya qaydasında çıxarılmış qərarın ləğv edilməsi və kasasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə.
431-4.3.4. əlavə kasasiya qaydasında çıxarılmış qərara və ya kasasiya instansiyası məhkəməsinin qərarına dəyişiklik edilməsi barədə.".
IV. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 8, (II kitab), maddə 585; 2001-ci il, № 7, maddə 455; 2002-ci il, № 1, maddə 9, № 5, maddə 233, № 8, maddə 463; 2003-cü il, № 6, maddə 276; Azərbaycan Respublikasının 2004-cü il 4 may tarixli, 646- IIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər və əlavələr edilsin:
1. 53.1.6-cı maddə aşağıdakı redaksiyada verilsin:
"53.1.6. insan hüquq və azadlıqlarının həyata keçirilməsi məsələləri ilə bağlı məhkəmə tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərh edilməsi haqqında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət edildikdə.".
2. 53.3.4-cü maddədə "bu Məcəllənin 456-cı maddəsində nəzərdə tutulmuş tələblərə cavab verən cinayət prosesi iştirakçılarından birinin vəsatəti" sözləri "Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət edilməsinə dair məhkəmənin qərarı" sözləri ilə əvəz edilsin.
3. 73.3-cü, 87.6.17-ci, 89.4.14-cü, 91.5.36-cı, 92.9.21-ci, 93.4.16-cı, 101.5.18-ci və 109.1.6-cı maddələrdə "yeni açılmış" sözlərindən əvvəl "hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar və" sözləri əlavə edilsin.
4.Məcəllədən 421.2-ci, 427.5-ci və 427.7-ci maddələr çıxarılsın.
5.423.2-ci maddənin ikinci cümləsi çıxarılsın.
6.427.4.2-ci maddədə "421.1.
7. LIII fəsil aşağıdakı redaksiyada verilsin:
"LIII fəsil
HÜQUQ VƏ AZADLIQLARIN POZULMASI İLƏ BAøLI
YENİ HALLAR ÜZRƏ İCRAAT
Maddə 455. Məhkəmə aktlarına hüquq və azadlıqların pozulması
ilə bağlı yeni hallar üzrə baxılması üçün əsaslar
455.0. Məhkəmə aktlarına hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə baxılması üçün əsaslar aşağıdakılardır:
455.0.1. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarlarının və ya məhkəməyə müraciət etmək hüququnu pozan məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyası və qanunlarına uyğun olmadığı hesab edilməsi;
455.0.2. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən Azərbaycan Respublikasının məhkəmələrində cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraat materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraat zamanı "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın müddəalarının pozulduğu müəyyən edilməsi;
455.0.3. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən məhkəmənin tətbiq etdiyi normativ hüquqi aktın Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına və müvafiq icra hakimiyyəti orqanları tərəfindən qəbul edilmiş normativ hüquqi aktlara uyğun olmadığı hesab edilməsi.
Maddə 456. Hüquq və azadlıqların pozulması ilə bağlı yeni
hallar üzrə məhkəmə aktlarına baxılması
456.1. Hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə məhkəmə aktlarına baxılması hüququna Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu malikdir.
456.2. Bu Məcəllənin 455.0.1-ci və 455.0.2-ci maddələrində nəzərdə tutulan əsaslar olduqda, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarının icrası ilə bağlı yalnız hüquqi məsələlər üzrə işlərə baxır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və ya İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarı Azərbaycan Respublikasının Ali Məhkəməsinə daxil olduqda, Ali Məhkəmənin sədri hakimlərin birinə işin Plenumun məhkəmə iclasına hazırlanmasını və məruzə edilməsini tapşırır. İşə Plenumun məhkəmə iclasında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və ya İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarı Azərbaycan Respublikasının Ali Məhkəməsinə daxil olduqdan sonra 3 aydan gec olmayan müddətdə baxılır.
456.3. Bu Məcəllənin 455.0.3-cü maddəsi ilə nəzərdə tutulan əsaslar olduqda, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu məhkəmə aktlarına ərizə əsasında hüquqi məsələlər üzrə yenidən baxır. Hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə məhkəmə aktlarına baxılması haqqında ərizənin verilməsi, ərizəyə dair tələblər və ərizənin ilkin öyrənilməsi məsələləri bu Məcəllənin 464-466-cı maddələrinə uyğun olaraq həll edilir. Ərizənin ilkin öyrənilməsi onun Azərbaycan Respublikasının Ali Məhkəməsinə daxil olduqdan sonra 1 aydan çox olmayan müddət ərzində həyata keçirilir. Azərbaycan Respublikası Ali Məhkəməsi hakiminin rəyi alındıqdan sonra Ali Məhkəmənin sədri 3 ay müddətində işə baxılması barədə məsələni Plenumun gündəliyinə daxil edir.
Maddə 457. Hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar
üzrə məhkəmə aktlarına baxılması qaydası
İşə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun iş qaydasına müvafiq olaraq baxılır.
Maddə 458. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi
tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinin
qərarlarının və ya məhkəməyə müraciət etmək hüququnu
pozan məhkəmə aktlarının Azərbaycan Respublikasının
Konstitusiyası və qanunlarına uyğun olmadığı hesab
edilməsi ilə əlaqədar hüquq və azadlıqların pozulması ilə
bağlı yeni hallar üzrə işə yenidən baxmaq haqqında qərar
458.0.Bu Məcəllənin 455.0.1-ci maddəsi ilə nəzərdə tutulan hallarda məhkəmə aktına yenidən baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu aşağıdakı qərarlardan birini qəbul etmək hüququna malikdir:
458.0.1. müvafiq birinci, apelyasiya və kasasiya instansiyası məhkəmələrinin, habelə əlavə kasasiya qaydasında hüquq və azadlıqların pozulması ilə çıxarılmış məhkəmə aktlarının tam və ya qismən ləğv edilməsi və cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraat materiallarının yenidən baxılması üçün aidiyyəti üzrə müvafiq birinci və ya apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə;
458.0.2. kasasiya instansiyası məhkəməsinin qərarının və (və ya) əlavə kasasiya qaydasında çıxarılmış qərarın ləğv edilməsi və yeni qərarın çıxarılması barədə.
Maddə 459. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən
Azərbaycan Respublikasının məhkəmələrində cinayət
təqibi üzrə icraat zamanı "İnsan hüquqlarının və
əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın
pozulduğunun müəyyən edilməsi ilə əlaqədar hüquq və
azadlıqların pozulması ilə bağlı yeni
hallar üzrə işə yenidən baxmaq haqqında qərar
459.0. Bu Məcəllənin 455.0.2-ci maddəsi ilə nəzərdə tutulan hallarda məhkəmə aktına yenidən baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu aşağıdakı qərarlardan birini qəbul etmək hüququna malikdir:
459.0.1. müvafiq birinci, apelyasiya və kasasiya instansiyası məhkəmələrinin, habelə əlavə kasasiya qaydasında hüquq və azadlıqların pozulması ilə çıxarılmış məhkəmə aktlarının tam və ya qismən ləğv edilməsi və cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraat materiallarının yenidən baxılması üçün aidiyyəti üzrə müvafiq birinci və ya apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə;
459.0.2. bu Məcəllənin 421.1.
459.0.3. kasasiya instansiyası məhkəməsinin qərarının və (və ya) əlavə kasasiya qaydasında çıxarılmış qərarın ləğv edilməsi və yeni qərarın çıxarılması barədə.
Maddə 460. Məhkəmənin tətbiq etdiyi normativ hüquqi aktın
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi
tərəfindən Azərbaycan Respublikasının Konstitusiyasına,
qanunlarına və müvafiq icra hakimiyyəti orqanları
tərəfindən qəbul edilən normativ hüquqi aktlara uyğun
olmadığı hesab edilməsi ilə əlaqədar hüquq və azadlıqların
pozulması ilə bağlı yeni hallar üzrə işə yenidən baxmaq
haqqında qərar
460.0.Bu Məcəllənin 455.0.3-cü maddəsi ilə nəzərdə tutulan hallarda məhkəmə aktlarına yenidən baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu aşağıdakı qərarlardan birini qəbul etmək hüququna malikdir:
460.0.1. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən Konstitusiyaya uyğun olmayan normativ hüquqi akt əsasında birinci, apelyasiya və kasasiya instansiyası məhkəmələrinin aktlarının, habelə əlavə kasasiya qaydasında çıxarılmış qərarın tam və ya qismən ləğv edilməsi və cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraat materiallarının yenidən baxılması üçün müvafiq olaraq birinci və ya apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə;
460.0.2. bu Məcəllənin 421.1.
460.0.3. kasasiya instansiyası məhkəməsinin qərarının və (və ya) əlavə kasasiya qaydasında çıxarılmış qərarın ləğv edilməsi və yeni qərarın çıxarılması barədə;
460.0.4. birinci, apelyasiya və ya kasasiya instansiyası məhkəməsinin aktlarının, yaxud əlavə kasasiya qaydasında çıxarılmış qərarın dəyişdirilmədən saxlanılması barədə.".
V. "Siyasi partiyalar haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992-ci il,№ 11, maddə 387, № 12, maddə 454; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 3, maddə 226; 2001-ci il, № 11, maddə 683; 2002-ci il, № 8, maddə 463; 2004-cü il, № 2, maddə 57; Azərbaycan Respublikasının 2004-cü il 4 may tarixli, 646-IIQD nömrəli Qanunu) 16-cı maddəsinə aşağıdakı dəyişikliklər edilsin:
1. Birinci hissədə "Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin" sözləri və ikinci hissəsində "Konstitusiya Məhkəməsinin" sözləri "məhkəmənin" sözü ilə əvəz edilsin.
2. Dördüncü hissədə "Konstitusiya Məhkəməsi siyasi partiyanın ləğv edilməsi haqqında məsələni müzakirəyə qəbul edərkən zərurət olarsa qəti qərar qəbul edilənə qədər" sözləri "Məhkəmə iş üzrə qərar qəbul edilənə qədər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulan hallarda və qaydada" sözləri ilə əvəz edilsin.
VI. "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992-ci il, № 18, maddə 814; 1994-cü il, № 15, maddə 177; 1995-ci il, № 22, maddə 354; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 6, maddələr 453, 494; 1998-ci il, № 1, maddə 10; 1999-cu il, № 5, maddə 284; 2000-ci il, № 6, maddə 379; 2001-ci il, № 2, maddə 88, № 3, maddə 145, № 6, maddə 363, № 12, maddə 736; 2002-ci il, № 5, maddə 246, № 6, maddə 328, № 8, maddələr 463, 464; 2003-cü il, № 1, maddə 16; 2004-cü il, № 1, maddə 10, №2, maddə 60) 17-ci maddəsinə aşağıdakı məzmunda onuncu hissə əlavə edilsin:
"Pensiya yaşına çatmış Konstitusiya Məhkəməsinin sabiq hakimi fəaliyyətdə olan Konstitusiya Məhkəməsi hakiminin vəzifə maaşının 80 faizi məbləğində pensiya alır və vəzifə maaşı artımındakı sonrakı dəyişikliklər həmin məbləğə şamil edilir.".
VIII. "Azərbaycan Respublikasında dövlət dili haqqında" Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 1, maddə 2, № 8, maddə 415) aşağıdakı məzmunda 11.4-cü maddə əlavə edilsin, 11.4-11.6-cı maddələr müvafiq olaraq 11.5-11.7-ci maddələr hesab edilsin:
"11.4. Konstitusiya Məhkəməsində icraat dövlət dilində aparılır. Konstitusiya Məhkəməsində baxılan işin iştirakçısı olan və icraatın aparıldığı dili bilməyən şəxslərə işin bütün materiallarının onların bildiyi dilə tərcüməsi və Konstitusiya Məhkəməsinin iclaslarında ana dilində çıxış etməsi təmin olunur.".
IX. "Məhkəmə qərarlarının icrası haqqında" Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 3, maddə 114; 2003-cü il, № 6, maddə 277) aşağıdakı əlavələr və dəyişiklik edilsin:
1. Qanuna aşağıdakı məzmunda 17.1.7-ci maddə əlavə edilsin:
"17.1.7. iş üzrə qəbul olunmuş məhkəmə aktlarından şikayət Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin icraatına qəbul olunduqda.".
2.Qanuna aşağıdakı məzmunda 19.1.5-ci maddə əlavə edilsin, 19.1.5-ci maddə 19.1.6-cı maddə hesab edilsin:
"19.1.5. iş üzrə qəbul olunmuş məhkəmə aktlarından şikayətə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı qəbul olunanadək.".
X. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 11 iyun 2004-cü il
№ 688-IIQD

