Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 21-ci bəndlərini rəhbər tutaraq qərara alır:
Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, No– 7, maddə 797; 2014, No– 11, maddələr 1351, 1357, No– 12, maddə 1539; 2015, No– 3, maddə 259, No– 6, maddə 689, No– 12, maddə 1436; 2016, No– 2 (II kitab), maddə 214, No– 6, maddələr 970, 988, 1008, No– 7, maddə 1246, No– 11, maddə 1794; 2017, No– 7, maddə 1312) aşağıdakı dəyişikliklər edilsin:
1. Aşağıdakı məzmunda 9.3.4-1-ci maddə əlavə edilsin:
“9.3.4-1. hamilə qadınlar və azyaşlı uşaqları olan şəxslər barəsində cəzanın çəkilməsi təxirə salındıqda - məhkəmə məhkum edilmiş şəxsi cəzanın çəkilməmiş hissəsindən azad edənədək və ya məhkum edilmiş şəxs əsas cəzasının qalan hissəsini çəkib qurtaranadək;”.
2. Aşağıdakı məzmunda 17.1.5-1-ci maddə əlavə edilsin:
“17.1.5-1. hamilə qadınlar və azyaşlı uşaqları olan şəxslər barəsində cəzanın çəkilməsi təxirə salındıqda - məhkəmə məhkum edilmiş şəxsi cəzanın çəkilməmiş hissəsindən azad edənədək və ya məhkum edilmiş şəxs əsas cəzasının qalan hissəsini çəkib qurtaranadək;”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 31 oktyabr 2017-ci il
No– 852-VQD
Fayl şəklində yüklə