Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında

Qanunlar      Paylaşın:        

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 16 dekabr tarixli 454-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, No– 2, I kitab, maddə 202, No– 3, maddələr 397, 403, 429, No– 4, maddələr 631, 647, 654, No– 5, maddələr 835, 846, No– 6, maddələr 997, 1010, No– 7, maddələr 1247, 1249, No– 10, maddə 1608, No– 11, maddələr 1769, 1774, 1781, 1783, 1786, 1788, No– 12, maddələr 1984, 2000, 2009, 2024, 2049; 2017, No– 1, maddə 21, No– 2, maddələr 139, 147, 152, 162, No– 3, maddələr 331, 344, No– 5, maddələr 698, 701, 734, 749, 754, No– 6, maddələr 1020, 1033, 1036, No– 7, maddələr 1273, 1296, 1297, 1299) aşağıdakı məzmunda 461.1-1-ci maddə əlavə edilsin:

“461.1-1. Vergi ödəyicisi kimi qeydiyyatda olmayan şəxslər tərəfindən vergi və maliyyə məlumatlarının mübadiləsini nəzərdə tutan Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr əsasında xarici dövlətlərdən daxil olmuş məlumat mübadiləsi üzrə sorğuların cavablandırılması üçün tələb olunan məlumat və sənədlərin müəyyən edilən müddətdə təqdim edilməməsinə və ya bilərəkdən təhrif olunmaqla təqdim edilməsinə görə -
fiziki şəxslər əlli manat məbləğində, hüquqi şəxslər yüz manat məbləğində cərimə edilir.”.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 17 noyabr 2017-ci il
No– 857-VQD

 


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU