"Vəkillər və vəkillik fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə AZƏRBAYCAN RESPUBLIKASININ Q A N U N U

Qanunlar      Paylaşın:        

"Vəkillər və vəkillik fəaliyyəti haqqında"

Azərbaycan Respublikasının Qanununa dəyişikliklər

və əlavələr edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ

Q A N U N U

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

 

I. "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 1, maddə 19; 2001-ci il, № 12, maddə 736; 2004-cü il, № 2, maddə 57, № 3, maddə 133) aşağıdakı dəyişikliklər və əlavələr edilsin:

1. 1-ci maddənin II hissəsində "Vəkillər öz fəaliyyətini" sözləri "Vəkillik" sözü ilə, 1-ci maddənin II hissəsində "həyata keçirirlər" sözləri "fəaliyyət göstərir" sözləri ilə, 2-ci maddənin I hissəsində "aktlarından" sözü "aktlarından, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən" sözləri ilə, 3-cü maddənin adında və mətnində "Vəkillik fəaliyyətinin" sözləri "Vəkilliyin" sözü ilə, 4-cü maddənin adında "fəaliyyətinin əsasları" sözləri "fəaliyyəti" sözü ilə, 5-ci maddənin III hissəsində "bəndində" sözü "hissəsində" sözü ilə, 5-ci maddənin V hissəsində "təşkilati-hüquqi forma üzrə fərdi və ya Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada təşkil olunmuş qurumların" sözləri "fərdi qaydada və ya Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğun vəkil (vəkillər) tərəfindən yaradılmış vəkil qurumlarının" sözləri ilə, 8-ci maddənin adında "Vəkilliyə namizədlər üçün tələblər" sözləri "Vəkil" sözü ilə, 8-ci maddənin II hissəsində "əvvəllər hüquq müdafiə fəaliyyəti ilə bir araya sığmayan hərəkətlərə görə vəzifəsindən azad edilmiş şəxslər" sözləri "əvvəllər əmək intizamını, qanunvericiliyin tələblərini, davranış qaydalarını, o cümlədən peşə etikasının normalarını kobudcasına pozduğuna və ya ləyaqətsiz hərəkətlərə yol verdiyinə görə hüquq ixtisası üzrə vəzifədən azad edilmiş və ya səlahiyyətlərinə xitam verilmiş, vəkil adına ləkə gətirən hərəkətlərə yol vermiş və ya vəkilliyin nüfuzuna xələl gətirən şəxslər" sözləri ilə, 8-ci maddənin II hissəsində "əvvəllər məhkum olunmuş" sözləri "məhkumluğu ödənilməmiş və ya götürülməmiş" sözləri ilə, 9-cu maddənin III hissəsində "Qanunla və ya bu Qanuna müvafiq olaraq Vəkillər Kollegiyası üzvlərinin Ümumi yığıncağı (konfrans) tərəfindən qəbul edilmiş Nizamnamə ilə" sözləri "Qanunla və ona müvafiq olaraq qəbul edilmiş Vəkillər Kollegiyasının Nizamnaməsi ilə" sözləri ilə, 9- cu maddənin V hissəsinin 2-ci abzasında "və Kollegiya üzvlüyündən xaric olunma məsələlərini" sözləri "olunma məsələsini" sözləri ilə, 10-cu maddənin adında "Ümumi yığıncağı" sözləri "ümumi yığıncağı (konfransı)" sözləri ilə, 10-cu maddənin II hissəsində "məsələləri yalnız Ümumi yığıncaq həll edir" sözləri "məsələlər Vəkillər Kollegiyası üzvlərinin Ümumi yığıncağı (konfransı) tərəfindən həll edilə bilər" sözləri ilə, 13-cü maddənin III hissəsində "Azərbaycan Respublikasının Ali Məhkəməsi" sözləri "Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu" sözləri ilə, 13-cü maddənin III hissəsində "digər üç üzvü" sözləri "üzvləri" sözü ilə, 13-cü maddənin IV hissəsində "imtahan" sözü "mütləq ixtisas imtahanı, vəkilin öz arzusu əsasında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsində və Ali Məhkəməsində həyata keçirilən icraatlara buraxılmasının mümkünlüyünün müəyyən edilməsi məqsədi ilə əlavə ixtisas imtahanı" sözləri ilə, 14-cü maddənin II hissəsində "vaxtdan başlayır" sözləri "andan başlayır və vəkillər həmin vaxtdan vəkil reyestrinə daxil edilirlər" sözləri ilə, 18-ci maddədə "iclasını aparan" sözləri "iclasında" sözü ilə, 19-cu maddənin I hissəsində "təşkilati forması" sözləri "fərdi qaydada və ya Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğun vəkil (vəkillər) tərəfindən yaradılmış vəkil qurumlarının tərkibində həyata keçirilməsi" sözləri ilə, 20-ci maddənin I hissəsində "müttəhimlərə" sözü "şübhəli və ya təqsirləndirilən şəxslərə" sözləri ilə, 22- ci maddənin I hissəsində "müddəalarına zidd hərəkət edilməsində təqsiri" sözləri "və digər qanunvericilik aktlarının tələblərinin, vəkillərin davranış qaydaları haqqında Əsasnamənin, o cümlədən vəkil etikası normalarının pozulması halları" sözləri ilə, 22-ci maddənin II hissəsində "qərarına" sözü "rəyinə" sözü ilə, 22-ci maddənin III hissəsində "tədbiri" sözü "tənbehi" sözü ilə, 22-ci maddənin VII hissəsində "Vəkillər Kollegiyasından xaric edilmə" sözləri "Üç aydan bir il müddətinədək vəkillik fəaliyyəti ilə məşğul olmanın dayandırılması" sözləri ilə, 23-cü maddənin 9-cu abzasında "dörd" sözü "altı" sözü ilə əvəz edilsin.

2. 12-ci maddənin 4-cü abzasının əvvəlinə "bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada" sözləri, 13-cü maddənin I hissəsində "namizədlərin" sözündən sonra "bu Qanunda nəzərdə tutulmuş tələblərə uyğunluğu və" sözləri, 14-cü maddənin I hissəsində "vəkil vəzifələrimi" sözlərindən sonra "müstəqil olaraq" sözləri əlavə edilsin.

3. 1-ci maddənin adından və I hissəsindən "fəaliyyəti" sözü, 5-ci maddənin IV hissəsindən ikinci cümlə, 8-ci maddənin II hissəsindən "və fiziki" sözləri, 12-ci maddənin 8-ci abzasından "və məhkəmə təcrübəsinə dair ümumiləşdirmə işini" sözləri, 15-ci maddənin I hissəsindən "peşə vəzifələrini həyata keçirərkən" sözləri, habelə 4-cü maddəyə aid olan qeyd, 10-cu maddənin II hissəsinin 2-5-ci abzasları və 22-ci maddənin VI hissəsinin 5-ci abzası çıxarılsın.

4. 1-ci maddənin III hissəsinin 1-ci abzası aşağıdakı redaksiyada verilsin:

"Vəkilliyin əsaslarını aşağıdakılar təşkil edir:".

5. 1-ci maddənin III hissəsinin 4-cü və 5-ci abzasları aşağıdakı redaksiyada verilsin:

"vəkillərin hüquqlarının bərabərliyi;

özünüidarəetmə, vəkillər və vəkillik fəaliyyətinə dair məsələlər üzrə müstəqil qərar qəbul edilməsi.".

6. 4-cü maddənin II hissəsi aşağıdakı redaksiyada verilsin:

"Cinayət işləri üzrə şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi, mülki işlər üzrə kasasiya (əlavə kasasiya) şikayəti vermiş şəxsin Azərbaycan Respublikası Ali Məhkəməsində təmsil edilməsi, habelə hüquq və azadlıqlarının pozulması ilə bağlı şikayət vermiş ərizəçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində təmsil edilməsi vəkillik fəaliyyətinin müstəsna dairəsidir.".

7. 4-cü maddənin III hissəsinin 1-ci abzası aşağıdakı redaksiyada verilsin:

"Vəkillər hüquqi yardımın göstərilməsi ilə bağlı aşağıdakı məsələlərdə iştirak edirlər:".

8. 8-ci maddənin I hissəsi aşağıdakı redaksiyada verilsin:

"Ali hüquq təhsilli, hüquqşünas ixtisası üzrə üç ildən az olmayaraq iş stajı olan və ya elmi və pedaqoji təhsil müəssisələrində hüquq sahəsində üç ildən az olmayan müddətdə fəaliyyət göstərən, İxtisas Komissiyasında peşə yararlılığının müəyyən edilməsi məqsədi ilə yazılı testdən və şifahi müsahibədən ibarət olan ixtisas imtahanını müvəffəqiyyətlə vermiş şəxs bu maddənin II hissəsində göstərilən hallara zidd olmamaq şərti ilə vəkil ola bilər.".

9. 9-cu maddənin IV hissəsi aşağıdakı redaksiyada verilsin:

"Vəkillər Kollegiyası üzvlərinin ümumi yığıncağı (konfransı) və Vəkillər Kollegiyasının Rəyasət Heyəti Vəkillər Kollegiyasının orqanlarıdır.".

10. 10-cu maddənin I hissəsi aşağıdakı redaksiyada verilsin:

"Vəkillər Kollegiyasının Nizamnaməsini, İntizam Komissiyasının Əsasnaməsini, İxtisas Komissiyasının Əsasnaməsini qəbul etmək, onlara əlavə və dəyişikliklər etmək, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədrini, sədr müavinlərini və digər üzvlərini, İntizam Komissiyasının sədrini və üzvlərini seçmək Vəkillər Kollegiyası üzvlərinin ümumi yığıncağının müstəsna səlahiyyətidir. Vəkillər Kollegiyası üzvlərinin sayı mindən çox olarsa, Vəkillər Kollegiyası üzvlərinin ümumi yığıncağının səlahiyyətləri Vəkillər Kollegiyası üzvlərinin konfransı tərəfindən həyata keçirilə bilər.".

11. 10-cu maddənin III hissəsi aşağıdakı redaksiyada verilsin:

"Vəkillər Kollegiyasının ümumi yığıncağı üç ildə bir dəfədən az olmayaraq Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən çağırılır. Zərurət olduqda isə Vəkillər Kollegiyasının növbədənkənar ümumi yığıncağı iki ildə bir dəfədən çox olmamaq şərti ilə Vəkillər Kollegiyasının üzvlərinin üçdə birinin tələbi əsasında çağırıla bilər. Vəkillər Kollegiyasının ümumi yığıncağı çağırıldıqda Vəkillər Kollegiyasının Rəyasət Heyəti bir ay ərzində onun təşkilini və keçirilməsini təmin edir.".

12. 13-cü maddənin II hissəsi aşağıdakı redaksiyada verilsin:

"İxtisas Komissiyası beş vəkil, üç hakim və üç hüquqşünas alimdən, ümumilikdə isə on bir üzvdən ibarət tərkibdə fəaliyyət göstərir.".

13. 16-cı maddənin III hissəsi aşağıdakı redaksiyada verilsin:

"Vəkilin mülki və ya cinayət işləri üzrə müvafiq olaraq nümayəndə və müdafiəçi qismində iştirakını istisna edən hallar Azərbaycan Respublikasının prosessual qanunvericiliyi ilə müəyyən edilir.".

14. 22-ci maddənin VI hissəsinin birinci abzası aşağıdakı redaksiyada verilsin:

"İntizam Komissiyasının rəyi əsasında Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən vəkilə aşağıdakı intizam tənbehləri tətbiq edilə bilər:".

15. 7-ci maddənin III hissəsinə aşağıdakı cümlə əlavə edilsin:

"Vəkil tutulduqda və ya onun cinayət məsuliyyətinə cəlb edilməsi barədə qərar qəbul edildikdə bu barədə dərhal Azərbaycan Respublikasının Baş prokuroruna və Vəkillər Kollegiyasının Rəyasət Heyətinə məlumat verilməlidir.".

16. 8-ci maddənin I hissəsinə aşağıdakı cümlələr əlavə edilsin:

"Əvvəllər müvafiq ixtisas imtahanını müvəffəqiyyətlə vermiş vəkillər və hakimlər göstərilən testi vermədən vəkil ola bilərlər. Hüquq elmləri doktoru alimlik dərəcəsi olan şəxslər, habelə əvvəllər Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi, apelyasiya və kasasiya instansiyası məhkəmələrinin sədri vəzifəsində işləmiş şəxslər göstərilən testi vermədən və şifahi müsahibədən keçmədən vəkil ola bilərlər.".

17. 8-ci maddənin III hissəsinə aşağıdakı cümlə əlavə edilsin:

"Vəkil dövlət qulluğuna qəbul edildikdə onun vəkillik fəaliyyəti dövlət qulluğundan azad olunanadək dayandırılır.".

18. 16-cı maddənin II hissəsinə aşağıdakı cümlələr əlavə edilsin:

"Müdafiə edilən və ya təmsil edilən şəxslər qarşısındakı məsuliyyətinə zəmanət vermək məqsədi ilə vəkillərin sığorta bank hesabı yaradılır. Hər bir vəkil hər ay həmin hesaba aylıq gəlirinin 2 faizini keçirir. Hər hansı vəkil tərəfindən vurulmuş ziyanın ödənilməsi üçün onun vəsaiti kifayət etmədikdə məhkəmə qərarına əsasən vəkillərin sığorta bank hesabı vəsaitindən istifadə edilir. Belə hallarda Vəkillər Kollegiyasının Rəyasət Heyəti Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə müəyyən edilmiş qaydada sığorta bank hesabından ödənilmiş vəsaiti ziyan vurmuş vəkildən tələb etməlidir.".

19. 19-cu maddənin III hissəsinə aşağıdakı cümlə əlavə edilsin:

"Aztəminatlı şəxslərə hüquqi yardımın göstərilməsinə görə vəkilə dövlət hesabına ödənilən hüquqi yardım haqqının məbləği və ödənilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunur.".

20. 1-ci maddəyə aşağıdakı məzmunda IV hissə əlavə edilsin:

"IV. Vəkillik fəaliyyəti vəkillərin müxtəlif məhkəmə instansiyalarına buraxılma dərəcələrinə uyğun olaraq həyata keçirilir. Peşə yararlılığının müəyyən edilməsi məqsədi ilə ixtisas imtahanını müvəffəqiyyətlə vermiş şəxslər hüquqi yardım göstərmək üçün Azərbaycan Respublikasının ərazisindəki bütün birinci və apelyasiya instansiyası məhkəmələrində həyata keçirilən müvafiq icraatlara buraxılırlar. Öz arzusu əsasında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsində və Ali Məhkəməsində həyata keçirilən icraatlara buraxılmasının mümkünlüyünün müəyyən edilməsi məqsədi ilə əlavə ixtisas imtahanını müvəffəqiyyətlə vermiş vəkillər isə hüquqi yardım göstərmək üçün müvafiq məhkəmələrdə həyata keçirilən icraatlara da buraxılırlar.".

21. 7-ci maddəyə aşağıdakı məzmunda V hissə əlavə edilsin:

"V. Vəkillərin müdafiəsinin və təhlükəsizliyinin təmin edilməsi "Cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun müddəalarına müvafiq olaraq həyata keçirilir.".

22. 8-ci maddəyə aşağıdakı məzmunda IV hissə əlavə edilsin:

"IV. Bu Qanunda nəzərdə tutulmuş qaydada vəkil statusunu əldə etməmiş şəxs tərəfindən vəkil adından qanunsuz istifadə olunması Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur.".

23. 10-cu maddəyə aşağıdakı məzmunda IV hissə əlavə edilsin:

"IV. Vəkillər Kollegiyası üzvlərinin konfransı təmsilçilik normaları əsasında və bu maddənin I və II hissələrində nəzərdə tutulmuş səlahiyyətlər daxilində keçirilir. Vəkillər Kollegiyası üzvlərinin konfransının çağırılma və keçirilmə qaydası Vəkillər Kollegiyasının Nizamnaməsi ilə müəyyən olunur.".

24. 11-ci maddənin I-III hissələri müvafiq olaraq II-IV hissələr hesab edilsin və maddəyə aşağıdakı məzmunda I hissə əlavə edilsin:

"I. Üç ildən az olmayan müddət ərzində vəkil işləmiş, Vəkillər Kollegiyasının üzvləri arasında nüfuza malik olan və seçkilər gününədək intizam tənbehi olmayan şəxslər Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri, sədr müavinləri və digər üzvləri seçilə bilərlər.".

25. 11-ci maddənin II hissəsi aşağıdakı redaksiyada verilsin:

"Rəyasət Heyətinin sədri, sədr müavinləri və digər üzvləri Vəkillər Kollegiyası üzvlərinin ümumi yığıncağında gizli səsvermə yolu ilə sadə səs çoxluğu ilə beş il müddətinə seçilirlər. Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri və sədr müavinləri eyni zamanda müvafiq olaraq Vəkillər Kollegiyasının sədri və onun müavinləri hesab olunurlar. Heç kəs iki dəfədən artıq təkrarən Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri seçilə bilməz.".

26. 11-ci maddənin III hissəsində:

a) 3-cü abzasda "və ondan xaric olunma məsələlərini həll edir;" sözləri "olunma məsələsini həll edir, bu Qanunun 23-cü maddəsində nəzərdə tutulmuş qaydada vəkillik fəaliyyətinə xitam verilməsi ilə bağlı səlahiyyətlərini həyata keçirir, vəkil reyestrini aparır;" sözləri ilə əvəz edilsin;

b) 6-ci absazda "qaydalarını" sözündən sonra "və onun keçirilməsinin dövriliyini" sözləri əlavə edilsin;

c) 8-ci və 9-cu absazlar aşağıdakı redaksiyada verilsin:

"vəkillər haqqında intizam icraatı başlayır;

vəkillər arasında qanunvericilik və məhkəmə təcrübəsi sahəsində məlumatlandırma işinin aparılmasını təşkil edir;".

ç) 10-cu absazda "təsdiq edir" sözlərindən sonra "və bu Qanunda nəzərdə tutulmuş digər məsələləri həll edir" sözləri əlavə edilsin;

27. 17-ci maddəyə aşağıdakı məzmunda VI hissə əlavə edilsin:

"VI. Bu maddənin IV və V hissələrində vəkillər üçün nəzərdə tutulmuş təminatlardan başqa digər təminatlar Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi ilə müəyyən edilir.".

28. 22-ci maddəyə aşağıdakı məzmunda VIII hissə əlavə edilsin:

"VIII. Vəkillər Kollegiyasından xaric edilməyə səbəb ola biləcək əsaslar olduqda İntizam Komissiyasının rəyi əsasında Vəkillər Kollegiyasının Rəyasət Heyəti məsələnin həlli üçün məhkəməyə müraciət edərək həmin məsələ ilə bağlı məhkəmə qərarı qanuni qüvvəyə minənədək vəkilin fəaliyyətini dayandıra bilər.".

 

29. 23-cü maddənin mətni I hissə hesab edilsin və maddəyə aşağıdakı məzmunda II hissə əlavə edilsin:

"II. Vəkillərin fəaliyyətinə Vəkillər Kollegiyasının Rəyasət Heyətinin qərarı ilə xitam verilir. Bu maddənin I hissəsinin 7-ci və 9-cu abzaslarında nəzərdə tutulmuş hallarda vəkillərin fəaliyyətinə xitam verilməsi yalnız vəkilin Kollegiyadan xaric olunması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında həyata keçirilə bilər.".

30. Qanuna aşağıdakı məzmunda 8-1-ci maddə əlavə edilsin:

 

" Maddə 8-1. Vəkilin köməkçisi

 

I. Ali hüquq təhsilli Azərbaycan Respublikasının vətəndaşı vəkilin köməkçisi ola bilər.

II. Vəkilin köməkçisi vəkillik fəaliyyətini həyata keçirmək üçün Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğun vəkil (vəkillər) tərəfindən yaradılmış vəkil qurumları ilə, bu fəaliyyət fərdi qaydada həyata keçirildikdə isə vəkillə Vəkillər Kollegiyası Rəyasət Heyətinin müəyyən etdiyi formada və qaydada bağlanmış əmək müqaviləsinə əsasən fəaliyyət göstərir. Vəkil köməkçisinin əmək haqqı həmin müqaviləni bağlamış vəkil qurumunun və ya vəkilin hesabına verilir.

III. Vəkilin köməkçisi öz fəaliyyətini vəkilin rəhbərliyi altında və onun tapşırıqlarını yerinə yetirməklə həyata keçirir. Vəkilin köməkçisi müstəqil olaraq vəkillik fəaliyyəti ilə məşğul ola bilməz.

IV. Vəkilin köməkçisi vəkillik sirrini qorumalı, habelə vəkillərin davranış qaydalarına riayət etməlidir.".

31. Qanunun Keçid müddəaları aşağıdakı redaksiyada verilsin:

"I. Bu Qanunun Keçid müddəalarının qüvvəyə mindiyi günədək mövcud olan Vəkillər Kollegiyasının üzvü olan şəxslərin və pullu hüquqi xidmət göstərmək üçün xüsusi razılığı (lisenziyası) olan şəxslərin, vəkilliyə namizədlər üçün tələblərə cavab vermək şərti ilə, peşə yararlılığının müəyyən edilməsi məqsədi ilə ixtisas imtahanını vermədən yeni Vəkillər Kollegiyasını təsis etmək hüququ tanınır. Bu şəxslərin mülki və cinayət işləri, inzibati xətalara dair işlər, habelə iqtisadi mübahisələrə dair işlər üzrə birinci və apelyasiya instansiyası məhkəmələrindəki icraatlarda iştirak etmək hüququ saxlanılır. Belə hüquq həmçinin bu Qanunun Keçid müddəalarının V hissəsində nəzərdə tutulmuş müddət daxilində Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsində və Ali Məhkəməsində aparılan məhkəmə icraatlarına şamil olunur. Bu müddət qurtaranadək müvafiq məhkəmə icraatında göstərilən şəxslərin iştirakı olubsa, həmin iştirak icraat üzrə işə baxılması başa çatanadək davam edir.

II. Bu Qanunun Keçid müddəalarının qüvvəyə mindiyi gündən üç ay müddətində yeni Vəkillər Kollegiyasını təsis etmək hüququ tanınmış şəxslərin ən azı üçdə ikisinin iştirakı ilə yeni Vəkillər Kollegiyasının təsis yığıncağı keçirilir, yığıncaq iştirakçılarının sadə səs çoxluğu ilə həmin Kollegiya təsis olunur, onun Rəyasət Heyətinin sədri, sədr müavinləri və digər üzvləri seçilir və İntizam Komissiyası yaradılır.

 

III. Yeni Vəkillər Kollegiyasını təsis etmək hüququ olan şəxslərin müəyyən edilməsi, habelə təsis yığıncağının hazırlanması və keçirilməsi məqsədi ilə mövcud Vəkillər Kollegiyasının 3 üzvündən və pullu hüquqi xidmət göstərmək üçün xüsusi razılığı (lisenziyası) olan 3 şəxsdən ibarət təşkilat komitəsi yaradılır. Təşkilat komitəsinin üzvləri olacaq pullu hüquqi xidmət göstərmək üçün xüsusi razılığı (lisenziyası) olan 3 şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

 

IV. Yeni Vəkillər Kollegiyasının təsis yığıncağı keçirildikdən sonra:

Yeni Vəkillər Kollegiyası, onun Rəyasət Heyəti və İntizam Komissiyası fəaliyyətə başlamış hesab edilir, bu Qanunun Keçid müddəalarının qüvvəyə mindiyi günədək mövcud olan Vəkillər Kollegiyasının fəaliyyətinə isə xitam verilir;

20 gün müddətində bu Qanunda nəzərdə tutulmuş qaydada vəkillərin andiçmə mərasimi keçirilir. Bu Qanunun Keçid müddəalarının I hissəsində nəzərdə tutulmuş şəxslər Vəkillər Kollegiyasının üzvləri adlandırılır və bu Qanunla müəyyən olunmuş vəkil statusunu əldə edirlər.

V. Yeni Vəkillər Kollegiyasının təsis yığıncağının keçirilməsi tarixindən üç ay müddətində:

vəkil olmaq arzusunda olan şəxslər üçün peşə yararlılığının müəyyən edilməsi məqsədi ilə ixtisas imtahanı keçirilir;

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsində və Ali Məhkəməsində həyata keçirilən icraatlara buraxılmasının mümkünlüyünün müəyyən edilməsi məqsədi ilə vəkillər üçün əlavə ixtisas imtahanı keçirilir.

VI. Bu Qanunun Keçid müddəaları qüvvəyə mindiyi günədək mövcud olan Vəkillər Kollegiyasının bütün hüquq və vəzifələri, mülkiyyətində və istifadəsində olan əmlak yeni yaranmış Vəkillər Kollegiyasına keçir.

VII. Bu Qanunun 11-ci maddəsinin II hissəsinin üçüncü cümləsi yeni Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədrinə şamil olunur.".

 

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir. "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun yeni redaksiyada olan Keçid müddəaları bu Qanunun qüvvəyə mindiyi gündən qüvvəyə minir.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 11 iyun 2004-cü il

№ 689-IIQD

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU