"Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

Qanunlar      Paylaşın:        

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında”
Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 20-ci bəndlərini rəhbər tutaraq qərara alır:

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, No– 8, maddə 695; 2007, No– 5, maddə 437, No– 10, maddələr 932, 938; 2008, No– 7, maddə 602; 2009, No– 1, maddə 6; 2014, No– 11, maddə 1374; 2015, No–11, maddə 1273; 2016, No– 6, maddə 992; 2017, No– 1, maddə 8) aşağıdakı dəyişikliklər edilsin:

1. 1.0.6-cı maddəyə “və ya” sözlərindən sonra “onların (onların hissələrinin)” sözləri əlavə edilsin.

2. 8.2-ci maddədə “üç” sözü “dörd” sözü ilə əvəz edilsin.

3. 8.2.3-cü maddədə nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 8.2.4-cü maddə əlavə edilsin:
“8.2.4. qanunsuz dövriyyədən aşkar olunan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının mənbəyinə dair məlumat bölməsi.”.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 17 noyabr 2017-ci il
No– 879-VQD

 


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU