"Prokurorluq haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

Qanunlar      Paylaşın:        

“Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alır:

“Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, No– 12, maddə 688; 2000, No– 7, maddə 494; 2002, No– 8, maddə 464; 2004, No– 1, maddə 10, No– 2, maddə 57, No– 3, maddə 133, No– 4, maddə 202; 2005, No– 10, maddələr 874, 876, 902; 2006, No– 11, maddə 927; 2007, No– 1, maddə 1, No– 2, maddə 82; 2009, No– 6, maddə 399, No– 11, maddələr 877, 878; 2010, No– 11, maddə 944; 2011, No– 4, maddə 269, No– 7, maddə 611, No– 11, maddə 987; 2012, No– 6, maddə 519; 2014, No– 3, maddə 237; 2016, No– 6, maddələr 1012, 1017) aşağıdakı dəyişikliklər edilsin:

1. 43-cü maddənin adı aşağıdakı redaksiyada verilsin:
“Maddə 43. Azərbaycan Respublikası Milli Məclisinin məlumatlandırılması”

2. 44-cü maddədə:
2.1. adında “nəzarəti” sözü “məlumatlandırılması” sözü ilə əvəz edilsin;
2.2. mətnində “prokurorluğun fəaliyyəti haqqında” sözlərindən əvvəl “istintaq edilən cinayət işləri istisna olmaqla,” sözləri əlavə edilsin, “mütəmadi olaraq” sözləri çıxarılsın.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 17 noyabr 2017-ci il
No– 880-VQD

 


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU