Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 13-cü bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının Mülki Məcəlləsini “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 25 aprel tarixli 652-VQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə əlaqədar qərara alır:
Azərbaycan Respublikası Mülki Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, No– 4, I kitab, maddə 250, No– 5, maddə 323; 2002, No– 12, maddə 709; 2003, No– 8, maddə 420; 2004, No– 3, maddə 123, No– 5, maddə 318, No– 6, maddə 415, No– 10, maddə 761, No– 11, maddə 901; 2005, No– 2, maddə 61, No– 6, maddə 466, No– 8, maddələr 684, 692, 693, No– 11, maddə 996, No– 12, maddə 1085; 2006, No– 2, maddə 68, No– 3, maddə 225, No– 5, maddə 387, No– 6, maddə 478, No– 8, maddə 657, No– 12, maddə 1005; 2007, No– 2, maddə 80, No– 6, maddə 560, No– 8, maddə 745, No– 10, maddə 937, No– 11, maddə 1053, No– 12, maddələr 1215, 1219; 2008, No– 3, maddə 145, No– 6, maddə 456, No– 7, maddə 602, No– 12, maddə 1049; 2009, No– 2, maddə 47, No– 5, maddə 295, No– 6, maddə 404, No– 7, maddə 517; 2010, No– 2, maddə 75, No– 3, maddə 171, No– 4, maddələr 265, 266, 276; 2011, No– 2, maddə 71, No– 7, maddə 586, No– 8, maddə 750, No– 12, maddələr 1073, 1102; 2012, No– 1, maddə 5, No– 5, maddə 403, No– 6, maddə 498; 2013, No– 1, maddə 15, No– 6, maddə 620, No– 11, maddə 1280, No– 12, maddələr 1469, 1478; 2014, No– 2, maddə 96, No– 7, maddə 768; 2015, No– 3, maddə 254, No– 5, maddə 512, No– 7, maddə 814, No– 10, maddə 1093; 2016, No– 1, maddə 26, No– 2, I kitab, maddələr 186, 204, No– 3, maddə 401, No– 4, maddələr 640, 646, No– 6, maddə 1005, No– 7, maddə 1248, No– 12, maddələr 1998, 2018; 2017, No– 2, maddələr 151, 153, No– 4, maddə 524, No– 5, maddələr 703, 735, No– 6, maddə 1035; Azərbaycan Respublikasının 2017-ci il 2 oktyabr tarixli 797-VQD nömrəli Qanunu) 139-1.1.10.2-ci maddəsinə “orqanına” sözündən sonra “sifarişli poçt göndərişi ilə və ya bilavasitə” sözləri əlavə edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 17 noyabr 2017-ci il
No– 881-VQD
Fayl şəklində yüklə