"Prokurorluq orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

Qanunlar      Paylaşın:        

“Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alır:

“Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, No– 7, maddə 452, No– 12, maddə 731; 2002, No– 12, maddə 706; 2005, No– 10, maddə 902; 2006, No– 11, maddə 927; 2007, No– 1, maddələr 1, 4, No– 2, maddə 82, No– 6, maddə 570, No– 8, maddə 756, No– 11, maddələr 1078, 1081; 2008, No– 3, maddə 155, No– 4, maddə 250, No– 8, maddə 696; 2009, No– 6, maddə 399, No– 11, maddələr 877, 878; 2010, No– 3, maddə 171, No– 11, maddə 944; 2011, No– 2, maddə 71, No– 11, maddə 988; 2012, No– 11, maddə 1039; 2014, No– 3, maddə 238; 2016, No– 2, I kitab, maddə 193, No– 6, maddələr 982, 1018) aşağıdakı məzmunda 14.6-cı maddə əlavə edilsin:

“14.6. Prokurorluq işçilərinin işlədiyi müddətdə nəzəri biliklərinin və peşə hazırlığının vaxtaşırı qiymətləndirilməsi yalnız bu Qanunun 14.1-ci maddəsində müəyyən edilmiş hallarda həyata keçirilir. Bu məqsədlə hər hansı digər vaxtaşırı qiymətləndirmə üsulları (imtahan və sair) tətbiq edilə bilməz.”.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 17 noyabr 2017-ci il
No– 885-VQD

 


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU