"Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında" Azərbaycan Respublikasının anununda dəyişikliklər edilməsi barədə
“Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikasının anununda dəyişikliklər edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndini rəhbər tutaraq, “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikasının Qanununu “Elm haqqında” Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli 271-VQ nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:
“Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, No– 7, maddə 479; 2003, No– 1, maddə 8; 2004, No– 2, maddə 57; 2006, No– 8, maddə 657; 2007, No– 8, maddə 745; 2008, No– 6, maddə 460; 2009, No– 2, maddə 43, No– 10, maddə 769; 2014, No– 5, maddə 462; 2015, No– 4, maddə 361) aşağıdakı dəyişikliklər edilsin:
1. 5-ci maddənin üçüncü hissəsində, 17-ci maddənin birinci hissəsində, 21-ci maddənin birinci hissəsində, 31-ci və 35-ci maddələrin birinci hissələrində “elmi tədqiqat idarələri” sözləri “elmi müəssisə və ya təşkilat” sözləri ilə əvəz edilsin.
2. 6-cı maddənin beşinci hissəsinə, 15-ci maddənin birinci hissəsinin ikinci abzasına, 17-ci maddənin dördüncü hissəsinə “elmi” sözündən sonra “müəssisə və” sözləri əlavə edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 31 oktyabr 2017-ci il
No– 835-VQD
Fayl şəklində yüklə