"Yanğın təhlükəsizliyi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

Qanunlar      Paylaşın:        

“Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndini rəhbər tutaraq, “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununu “Elm haqqında” Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli 271-VQ nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:

“Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, No– 5, maddə 415; 2001, No– 12, maddə 736; 2002, No– 5, maddələr 235, 237, No– 12, maddə 706; 2004, No– 4, maddə 202, No– 6, maddə 396, No– 10, maddələr 761, 779; 2007, No– 5, maddə 442, No– 10, maddə 938; 2008, No– 8, maddə 695; 2009, No– 6, maddə 398; 2014, No– 10, maddə 1169; 2015, No– 2, maddə 102; 2017, No– 6, maddə 1022) 14-cü maddəsində aşağıdakı dəyişikliklər edilsin:

1. Birinci hissədə “təhlükəsizliyinin elmi-texniki təminatını elmi-tədqiqat, təcrübə-konstruktor, layihə və digər elmi-tədqiqat idarələri və təşkilatları, habelə müvafiq tədris müəssisələri” sözləri “təhlükəsizliyi sahəsində elmi tədqiqatları müvafiq elmi müəssisə və təşkilatlar və ali təhsil müəssisələri” sözləri ilə əvəz edilsin.

2. Dördüncü hissədə “əlaqələndirilməsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına həvalə edilir” sözləri “əlaqələndirilməsini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilat həyata keçirir” sözləri ilə əvəz edilsin.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 31 oktyabr 2017-ci il
No– 836-VQD

 


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU