"Azərbaycan Respublikasında dövlət dili haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi və "Azərbaycan Respublikasında dövlət dili haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi barədə" Azərbaycan Respublikası Milli Məclisinin 1992-ci il 22 dekabr tarixli 414 nömrəli Qərarının qüvvədən düşmüş hesab edilməsi haqqında
"Azərbaycan Respublikasında dövlət dili haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi və "Azərbaycan Respublikasında dövlət dili haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi barədə" Azərbaycan Respublikası Milli Məclisinin 1992-ci il 22 dekabr tarixli 414 nömrəli Qərarının qüvvədən düşmüş hesab edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ Q A N U N U
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995-ci il, No– 23-24, maddə 368; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, No– 11, maddələr 676, 683,686; 2002-ci il, No– 5, maddə 241; 2003-cü il, No– 1, maddə 1) 13-cü maddəsinin 1-ci bəndinə aşağıdakı məzmunda üçüncü abzas əlavə edilsin:
"Azərbaycan Respublikasının ərazisində istehsal edilən, habelə ixrac edilən malların üzərindəki etiketlər və digər yazılar müvafiq xarici dillərlə yanaşı, dövlət dilində də olmalıdır. Azərbaycan Respublikasına idxal edilən mal və məhsulların üzərindəki etiketlər və adlar, onlardan istifadə qaydaları barədə izahat vərəqələri başqa dillərlə yanaşı, Azərbaycan dilinə tərcüməsi ilə müşayiət olunmalıdır.".
II. "Reklam haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, No– 1, maddə 12; 1999-cu il, No– 4, maddə 225; 2000-ci il, No– 8 (III kitab), maddə 587; 2001-ci il, No– 3, maddələr 142,145, No– 5, maddələr 295, 298, No– 11, maddə 683) 6-cı maddəsinə aşağıdakı məzmunda 8-ci bənd əlavə edilsin:
"8. Azərbaycan Respublikasının ərazisində reklamda dövlət dili işlənilir və bu, dövlət dilinin normalarına uyğun olaraq tətbiq edilməlidir. Zəruri hallarda reklamda dövlət dili ilə yanaşı, digər dillər də istifadə oluna bilər. Lakin onların tutduğu sahə Azərbaycan dilindəki qarşılığının tutduğu sahədən böyük olmamalı və Azərbaycan dilindəki yazıdan sonra gəlməlidir.".
III. "Geodeziya və kartoqrafiya haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, No– 7, maddə 443) 8-ci maddəsinin 12-ci abzasında "coğrafi adların" sözlərindən sonra "dövlət dilinin normalarına uyğun olaraq" sözləri əlavə edilsin.
IV. "Yeyinti məhsulları haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000- ci il, No– 1, maddə 8; 2001-ci il, No– 12, maddə 736; 2003-cü il, No– 1, maddə 7) aşağıdakı dəyişikliklər edilsin:
a) 11-ci maddənin üçüncü hissəsindən "Azərbaycan dilində və (və ya) xarici dildə" sözləri çıxarılsın;
b) 11-ci maddənin dördüncü hissəsi aşağıdakı redaksiyada verilsin:
"Azərbaycan Respublikasının ərazisində istehsal edilən, habelə ixrac edilən malların üzərindəki etiketlər və digər yazılar müvafiq xarici dillərlə yanaşı, dövlət dilində də olmalıdır. Azərbaycan Respublikasına idxal edilən yeyinti məhsullarının üzərindəki etiketlər və adlar, onlardan istifadə qaydaları barədə izahat vərəqələri başqa dillərlə yanaşı, Azərbaycan dilinə tərcüməsi ilə müşayiət olunmalıdır."
V. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, No– 8, (I kitab), maddə 584, No– 12, maddə 835; 2001-ci il, No– 1, maddə 24, No– 3, maddə 139, No– 7, maddə 455, No– 11, maddələr 680, 698, No– 12, maddə 731; 2002-ci il, No– 1, maddə 9, No– 4, (I kitab), maddə 165, No– 5, maddələr 234,237, 239, No– 6, maddə 326, No– 8, maddə 463, No– 12, maddə 692; 2003-cü il, No– 1, maddələr 3,13, 23, No– 4, maddələr 177,178, No– 5, maddə 228, No– 6, maddələr 257,276,279; Azərbaycan Respublikasının 7 noyabr 2003-cü il tarixli 512-IIQD nömrəli Qanunu) 315-1-ci maddəsində "vəzifəli şəxslər" sözlərindən əvvəl "fiziki şəxslər şərti maliyyə vahidinin iyirmi mislindən qırx mislinədək miqdarda, "sözləri əlavə edilsin.
VI. "Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında" Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, No– 10, maddə 709) aşağıdakı məzmunda 9.9-cu maddə əlavə edilsin:
"9.9. Azərbaycan Respublikasının inzibati ərazi bölgüsünü təşkil edən inzibati ərazi vahidlərinin adları dövlət dilində yazılmalıdır, onların dövlət dilinin normalarına uyğun olaraq yazılışı müvafiq qurum tərəfindən müəyyənləşdirilir. İnzibati ərazi vahidlərinin adları dövlət dili ilə yanaşı, xarici dillərdə də yazıla bilər. Belə olan halda inzibati ərazi vahidinin adı əvvəlcə dövlət dilində və ondan sonra xarici dildə verilməlidir.".
VII. "Azərbaycan Respublikasında dövlət dili haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi barədə" Azərbaycan Respublikası Milli Məclisinin 1992-ci il 22 dekabr tarixli 414 nömrəli Qərarı qüvvədən düşmüş hesab edilsin.
VIII. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 5 dekabr 2003-cü il
No– 538-IIQD

