Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinə əlavə edilməsi haqqında

Qanunlar      Paylaşın:        

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əlavə edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ Q A N U N U

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, No–8, I kitab, maddə 584; 2001-ci il, No–1, maddə 24, No–3, maddə 139, No–7, maddə 455, No–11, maddələr 680, 698, No–12, maddə 731; 2002-ci il, No–1, maddə 9, No–4, I kitab, maddə 165, No–5, maddələr 234, 237, 239, No–6, maddə 326, No–8, maddə 463, No–12, maddə 692; 2003-cü il, No–1, maddələr 3, 13, 23, No–4, maddələr 177, 178, No–5, maddə 228, No–6, maddə 276; Azərbaycan Respublikasının 2003-cü il 7 noyabr tarixli, 512- IIQD saylı; 5 dekabr tarixli, 536 -IIQD saylı Qanunları) aşağıdakı redaksiyada 324-1-ci maddə əlavə edilsin:
"Maddə 324-1. Azərbaycan Respublikasında dövlət əmlakının Registrinə daxil edilməli olan məlumatların təqdim edilməməsi

Azərbaycan Respublikasında dövlət əmlakının Registrinə daxil edilməli olan məlumatlarla bağlı qanunvericiliklə müəyyən edilmiş sənədlərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən onlar tələb edildiyi gündən on iş günü müddətində təqdim edilməməsinə görə - vəzifəli şəxslər şərti maliyyə vahidinin qırx mislindən əlli mislinədək miqdarda cərimə edilir."

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 9 dekabr 2003-cü il
No– 558-IIQD

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU