"Kütləvi informasiya vasitələri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

Qanunlar      Paylaşın:        

“Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq, “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğunlaşdırmaq məqsədi ilə qərara alır:

“Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, No– 2, maddə 82; 2001, No– 12, maddə 736; 2002, No– 3, maddə 116, No– 5, maddə 245; 2004, No– 2, maddələr 57, 58; 2005, No– 4, maddə 278; 2007, No– 8, maddə 752, No– 11, maddə 1079; 2009, No– 4, maddə 212, No– 8, maddə 611; 2010, No– 3, maddə 172; 2015, No– 2, maddə 82, No– 11, maddələr 1258, 1292; 2016, No– 1, maddə 40, No– 5, maddə 837, No– 12, maddə 1986) aşağıdakı dəyişikliklər edilsin:

1. 19-cu maddənin ikinci hissəsinin 2-ci bəndinə “həmin əməli” sözlərindən sonra “inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir” sözləri əlavə edilsin.

2. 59-cu maddənin altıncı və yeddinci abzaslarında “Azərbaycan Respublikasının qanunvericiliyi ilə” sözləri “qanunla” sözü ilə əvəz edilsin.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 15 dekabr 2017-cı il
No– 937-VQD

 


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU