"Torpaqların münbitliyi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
“Torpaqların münbitliyi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci və 13-cü bəndlərini rəhbər tutaraq qərara alır:
“Torpaqların münbitliyi haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, No– 3, maddə 128) aşağıdakı dəyişikliklər edilsin:
1. 1-ci maddənin birinci hissəsinin yeddinci abzasının sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda səkkizinci abzas əlavə edilsin:
“əkin yeri - torpaqların məqsədli təyinatı və hüquqi rejiminə uyğun olaraq əkin üçün nəzərdə tutulan kənd təsərrüfatı yeri.”.
2. 9-cu maddəyə aşağıdakı məzmunda ikinci hissə əlavə edilsin:
“Əkin yerinin yandırılması qadağandır.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 15 dekabr 2017-ci il
No– 948-VQD
Fayl şəklində yüklə