Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında

Qanunlar      Paylaşın:        

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, No– 2 (I kitab), maddə 202, No– 3, maddələr 397, 403, 429, No– 4, maddələr 631, 647, 654, No– 5, maddələr 835, 846, No– 6, maddələr 997, 1010, No– 7, maddələr 1247, 1249, No– 10, maddə 1608, No– 11, maddələr 1769, 1774, 1781, 1783, 1786, 1788, No– 12, maddələr 1984, 2000, 2009, 2024, 2049; 2017, No– 1, maddə 21, No– 2, maddələr 139, 147, 152, 162, No– 3, maddələr 331, 344, No– 5, maddələr 698, 701, 734, 749, 754, No– 6, maddələr 1020, 1033, 1036, No– 7, maddələr 1273, 1296, 1297, 1299; Azərbaycan Respublikasının 2017-ci il 20 oktyabr tarixli 811-VQD, 814-VQD, 817-VQD, 31 oktyabr tarixli 851-VQD, 17 noyabr tarixli 876-VQD nömrəli qanunları) aşağıdakı məzmunda 244-1-ci maddə əlavə edilsin:

“Maddə 244-1. Əkin yerinin yandırılması
Əkin yerinin yandırılmasına görə -
fiziki şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan altı min manatadək məbləğdə cərimə edilir.”.

Maddə 2. Bu Qanun 2018-ci il fevralın 1-dən qüvvəyə minir.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 15 dekabr 2017-ci il
No– 949-VQD

 


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU