"Turizm haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
“Turizm haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
AZƏRBAYCAN RESPUBLIKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 23-cü bəndlərini rəhbər tutaraq, “Turizm haqqında” Azərbaycan Respublikasının Qanununu “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli 761-VQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:
“Turizm haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, No– 7, maddə 394; 2004, No– 4, maddə 203, No– 6, maddə 396; 2007, No– 8, maddə 751; 2014, No– 11, maddə 1341; 2016, No– 12, maddə 2035; 2017, No– 6, maddə 1030, No– 7, maddə 1276) 7-1.6-cı maddəsinə “günü” sözündən sonra “, elektron vizanın sürətləndirilmiş qaydada alınması üçün müraciət edildikdə isə ən geci 3 saat” sözləri əlavə edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 dekabr 2017-ci il
No– 964-VQD
Fayl şəklində yüklə