"Banklar haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

Qanunlar      Paylaşın:        

“Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin 1-ci hissəsinin 27-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, No– 3, maddə 130; 2005, No– 4, maddə 276; 2007, No– 5, maddə 401, No– 6, maddə 562, No– 11, maddə 1070; 2008, No– 11, maddə 960; 2009, No– 6, maddə 404, No– 7, maddə 517; 2010, No– 4, maddə 276, No– 10, maddə 839; 2011, No– 7, maddə 590; 2013, No– 7, maddə 790; 2014, No– 7, maddə 772, No– 12, maddə 1517; 2015, No– 11, maddə 1262; 2016, No– 3, maddə 406, No– 6, maddə 975; 2017, No– 4, maddə 521; Azərbaycan Respublikasının 2017-ci il 20 oktyabr tarixli 803-VQD nömrəli, 17 noyabr tarixli 864-VQD nömrəli qanunları) 57-11.6-cı maddəsində aşağıdakı dəyişikliklər edilsin:

1.1. üçüncü cümlədən “ümumilikdə 90 gün müddətinədək” sözləri çıxarılsın;
1.2. aşağıdakı məzmunda dördüncü və beşinci cümlələr əlavə edilsin:
“Hər bir müraciət üzrə verilən uzadılma 180 gün müddətindən artıq ola bilməz. Bu cür uzadılmaların sayına məhdudiyyət qoyulmur.”.

Maddə 2. Keçid müddəası
Bu Qanunun 1-ci maddəsi bu Qanun qüvvəyə mindiyi tarixədək başlanılmış restrukturizasiya proseslərinə də şamil olunur.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 29 dekabr 2017-ci il
No– 970-VQD

 


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU