"Məşğulluq haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
“Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq, “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğunlaşdırmaq məqsədi ilə qərara alır:
“Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, No– 8, maddə 522, No– 12, maddə 731; 2003, No– 1, maddə 16; 2007, No– 10, maddə 938; 2008, No– 5, maddə 341, No– 7, maddə 602; 2010, No– 11, maddə 949; 2011, No– 2, maddə 71, No– 10, maddə 884; 2014, No– 11, maddə 1344, No– 12, maddə 1528; 2017, No– 7, maddə 1280) 29.2-ci maddəsinə “təqsirkar olan şəxslər” sözlərindən sonra “cinayət məsuliyyətinə” sözləri əlavə edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 15 dekabr 2017-ci il
No– 940-VQD
Fayl şəklində yüklə