"Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
“Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 23-cü bəndini rəhbər tutaraq, “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğunlaşdırmaq məqsədi ilə qərara alır:
“Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, No– 10, maddə 583; 2004, No– 1, maddə 10; 2005, No– 4, maddə 278, No– 6, maddə 469; 2006, No– 11, maddə 932, No– 12, maddə 1005; 2007, No– 6, maddə 560, No– 8, maddə 749, No– 11, maddə 1053; 2009, No– 6, maddə 394; 2010, No– 7, maddə 600; 2011, No– 2, maddə 70; 2015, No– 4, maddə 354; 2016, No– 12, maddə 1987) aşağıdakı dəyişikliklər edilsin:
1. 11.5.3-cü maddədən “uşaqların və” sözləri çıxarılsın.
2. 33-cü maddə üzrə:
2.1. adında “Uşaqların və yetkinlik” sözləri “Yetkinlik” sözü ilə əvəz edilsin;
2.2. 33.1-ci və 33.3-cü maddələrdən “uşaqların və” sözləri çıxarılsın.
3. 35-ci maddə üzrə:
3.1. 35.14-cü maddədən “uşaqların və” sözləri çıxarılsın;
3.2. 35.14.1-ci maddədən “uşaqlara və” sözləri çıxarılsın və həmin maddədə “uşaqların” sözü “onların” sözü ilə əvəz edilsin;
3.3. 35.14.2-ci maddədən “uşaqlar və” sözləri çıxarılsın.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 15 dekabr 2017-cı il
No– 943-VQD
Fayl şəklində yüklə