"Lotereyalar haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
“Lotereyalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndini rəhbər tutaraq, “Lotereyalar haqqında” Azərbaycan Respublikasının Qanununu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğunlaşdırmaq məqsədi ilə qərara alır:
“Lotereyalar haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, No– 5, maddə 309; 2009, No– 7, maddə 517; 2016, No– 3, maddə 422; 2017, No– 2, maddə 144) 8.11-ci maddəsinə “qadağan edilmiş” sözlərindən sonra “və ya keçirilmə hüququ əldə edilməmiş” sözləri əlavə edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 15 dekabr 2017-ci il
No– 944-VQD
Fayl şəklində yüklə