"Uşaqların icbari dispanserizasiyası haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
“Uşaqların icbari dispanserizasiyası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq, “Uşaqların icbari dispanserizasiyası haqqında” Azərbaycan Respublikasının Qanununu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğunlaşdırmaq məqsədi ilə qərara alır:
“Uşaqların icbari dispanserizasiyası haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, No– 4, maddə 360) 14.1.3-cü maddəsində “dəyişdirdikdə bir ay müddətində ərazi üzrə tibb müəssisəsində uçota alınmaq” sözləri “dəyişdikdə uşağın uçota alınması üçün ərazi üzrə tibb müəssisəsinə bir ay müddətində müraciət etmək” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 15 dekabr 2017-cı il
No– 945-VQD
Fayl şəklində yüklə