"Meliorasiya və irriqasiya haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
“Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Su Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli 759-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:
“Meliorasiya və irriqasiya haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, No– 3, maddə 169; 2002, No– 5, maddə 237; 2004, No– 2, maddə 57, No– 4, maddə 202, No– 6, maddə 398; 2007, No– 11, maddə 1048; 2015, No– 10, maddə 1098; 2016, No– 11, maddə 1750; 2017, No– 5, maddə 683, No– 11, maddə 1950; Azərbaycan Respublikasının 2017-ci il 15 dekabr tarixli 925-VQD nömrəli Qanunu) 25-ci maddəsinin ikinci və üçüncü hissələrində “pullu” sözü “ödənişli” sözü ilə əvəz edilsin və dördüncü hissə aşağıdakı redaksiyada verilsin:
“Sudan ödənişli istifadə qaydaları Azərbaycan Respublikasının Su Məcəlləsinin 97-ci maddəsinə uyğun olaraq müəyyən edilir.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 13 fevral 2018-ci il
No– 997-VQD
Fayl şəklində yüklə