"Gömrük orqanlarında xidmət haqqında" Əsasnaməyə
əlavə edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ
Q A N U N U
Azərbaycan Respublikasının Milli Məclisi q ə r a r a a l ı r :
I. Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Gömrük orqanlarında xidmət haqqında" Əsasnamənin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, N1, maddə 12; N12, maddələr 731, 736; 2004-cü il, N2, maddə 57) 66-cı maddəsinə aşağıdakı məzmunda səkkizinci bənd əlavə edilsin:
"8) döş nişanı ilə təltif edilmə.".
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 4 mart 2005-ci il
N 851-IIQD

