"Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 13-cü bəndini rəhbər tutaraq qərara alır:
“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, No– 8, maddə 603; 2006, No– 6, maddə 482; 2007, No– 8, maddə 745; 2008, No– 3, maddə 154; 2009, No– 12, maddə 948; 2011, No– 11, maddə 983; 2012, No– 6, maddə 509, No– 7, maddə 668, No– 11, maddə 1053; 2013, No– 6, maddələr 607, 623, No– 7, maddə 791, No– 12, maddə 1484; 2014, No– 1, maddə 7, No– 2, maddə 97, No– 6, maddələr 597, 604; 2015, No– 3, maddə 255; 2016, No– 4, maddə 645, No– 6, maddə 990, No– 7, maddə 1244, No– 11, maddələr 1770, 1775; 2017, No– 5, maddə 738, No– 6, maddə 1037, No– 10, maddə 1772, No– 11, maddə 1954; Azərbaycan Respublikasının 2017-ci il 17 noyabr tarixli 872-VQD nömrəli Qanunu) 5.1-1-ci maddəsinə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Bələdiyyələrə daşınmaz əmlakın dövlət reyestrinin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və ödəniş əsasında verilir.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 13 fevral 2018-ci il
No– 999-VQD
Fayl şəklində yüklə