"Vəkillər və vəkillik fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

Qanunlar      Paylaşın:        

“Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 5-ci bəndini rəhbər tutaraq, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğunlaşdırmaq məqsədi ilə əlaqədar qərara alır:

 “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, No– 1, maddə 19; 2001, No– 12, maddə 736; 2004, No– 2, maddə 57, No– 3, maddə 133, No– 8, maddə 599, No– 10, maddə 787; 2005, No– 8, maddə 686; 2006, No– 12, maddə 1005; 2007, No– 4, maddə 322; 2009, No– 7, maddə 517, No– 11, maddə 878; 2010, No– 5, maddə 375; 2011, No– 2, maddə 71, No– 6, maddə 478; 2013, No– 11, maddə 1272; Azərbaycan Respublikasının 2017-ci il 31 oktyabr tarixli 855-VQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

1. 16-cı maddənin III hissəsində “prosessual qanunvericiliyi” sözləri “Cinayət-Prosessual Məcəlləsi və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə, inzibati xətalar haqqında işlər üzrə icraatda müdafiəçi və ya nümayəndə qismində iştirakını istisna edən hallar isə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi” sözləri ilə əvəz edilsin.

2. 20-ci maddənin I hissəsinin birinci cümləsində “Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati və” sözləri “İnzibati qaydada tutulmuş şəxslərə,” sözləri ilə əvəz edilsin.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 15 dekabr 2017-ci il
No– 936-VQD

 


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU