Azərbaycan Respublikası Silahlı Qüvvələri taqımlarının Türkiyə Cümhuriyyəti Silahlı Qüvvələrinin taboru tərkibində və NATO strukturlarının ümumi komandanlığı altında Əfqanıstanda yerləşdirilməsinə və müvafiq əməliyyatlarda iştirak etməsinə razılıq verilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 2002-ci il 15 noyabr tarixli 378-IIQR nömrəli Qərarında dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikası Silahlı Qüvvələri taqımlarının Türkiyə Cümhuriyyəti Silahlı Qüvvələrinin taboru
tərkibində və NATO strukturlarının ümumi komandanlığı altında Əfqanıstanda yerləşdirilməsinə
və müvafiq əməliyyatlarda iştirak etməsinə razılıq verilməsi haqqında” Azərbaycan Respublikası
Milli Məclisinin 2002-ci il 15 noyabr tarixli 378-IIQR nömrəli
Qərarında dəyişikliklər edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN QƏRARI
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Prezidentinin təqdimatına baxaraq, Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin 16-cı bəndinə uyğun olaraq qərara alır:
1. Azərbaycan Respublikası Silahlı Qüvvələri taqımlarının Türkiyə Cümhuriyyəti Silahlı Qüvvələrinin taboru tərkibində və NATO strukturlarının ümumi komandanlığı altında Əfqanıstanda yerləşdirilməsinə və müvafiq əməliyyatlarda iştirak etməsinə razılıq verilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 2002-ci il 15 noyabr tarixli 378-IIQR nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilsin:
1.1. adında “Azərbaycan Respublikası Silahlı Qüvvələri taqımlarının Türkiyə Cümhuriyyəti Silahlı Qüvvələrinin taboru tərkibində” sözləri “Azərbaycan Ordusunun sülhməramlı kontingentinin Türkiyə Respublikası Silahlı Qüvvələrinin” sözləri ilə əvəz edilsin;
1.2. mətnində “Azərbaycan Respublikası Silahlı Qüvvələri dörd taqımının Türkiyə Cümhuriyyəti Silahlı Qüvvələrinin taboru tərkibində” sözləri “Azərbaycan Ordusunun sülhməramlı kontingentinin Türkiyə Respublikası Silahlı Qüvvələrinin” sözləri ilə əvəz edilsin.
2. Bu Qərar 2018-ci il yanvarın 1-dən qüvvəyə minir.
Azərbaycan Respublikası
Milli Məclisinin Sədri O.Əsədov
Bakı şəhəri, 29 dekabr 2017-ci il
No– 954-VQR
Fayl şəklində yüklə