Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi haqqında
Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN QƏRARI
“Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasının Milli Məclisi bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın – Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin illik məruzəsini dinləyərək qərara alır:
Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın – Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin illik məruzəsi nəzərə alınsın.
Azərbaycan Respublikası
Milli Məclisinin Sədri O.Əsədov
Bakı şəhəri, 13 fevral 2018-ci il
No– 989-VQR
Fayl şəklində yüklə