"Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
“Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişikliklər edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alır:
“Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, No– 7, maddə 758; 2015, No– 11, maddə 1265) aşağıdakı dəyişikliklər edilsin:
1. 1.0.5-ci maddədə “müvafiq icra hakimiyyəti orqanı” sözləri “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum” sözləri ilə əvəz edilsin.
2. Aşağıdakı məzmunda 6.5-ci maddə əlavə edilsin:
“6.5. Uyğunluğu qiymətləndirən qurumların akkreditasiyasının həyata keçirilməsinə görə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən məbləğdə haqq alınır.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 23 fevral 2018-ci il
No– 1007-VQD
Fayl şəklində yüklə