"Azərbaycan avtomobil yolları "“ 100 il (1918-2018)" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

Qanunlar      Paylaşın:        

“Azərbaycan avtomobil yolları – 100 il (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalının
təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi
haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN RESPUBLIKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 9-cu bəndini rəhbər tutaraq   q ə r a r a    a l ı r :

Maddə 1. “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992, No– 23, maddə 996; 1993, No– 23-24, maddə 676; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, No– 5, maddə 251; 2003, No– 12, I kitab, maddə 677; 2005, No– 4, maddə 291; 2006, No– 10, maddə 846; 2007, No– 3, maddə 213; 2008, No– 6, maddələr 452, 472; 2009, No– 1, maddə 4, No– 5, maddə 312, No– 7, maddələr 514, 515, No– 12, maddə 974; 2010, No– 3, maddə 174, No– 11, maddə 960; 2011, No– 11, maddə 992; 2012, No– 7, maddə 664, No– 11, maddələr 1036, 1048, 1061; 2013, No– 5, maddələr 460, 478, No– 10, maddə 1143, No– 12, maddə 1477; 2014, No– 6, maddələr 612, 623; 2015, No– 12, maddə 1447; 2016, No– 12, maddələr 1979, 2040; 2017, No– 1, maddələr 16, 27, No– 7, maddə 1311, No– 10, maddə 1771, No– 11, maddə 1962, No– 12, I kitab, maddələr 2242, 2269; Azərbaycan Respublikasının 2018-ci il 13 fevral tarixli 1001-VQD nömrəli Qanunu) 2-ci maddəsində “Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərə görə” medalı” hissəsinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və həmin hissədən sonra aşağıdakı məzmunda yeni hissə əlavə edilsin:

“Azərbaycan avtomobil yolları – 100 il (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı.”.

Maddə 2. “Azərbaycan avtomobil yolları – 100 il (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

Maddə 3. “Azərbaycan avtomobil yolları – 100 il (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalının təsviri” təsdiq edilsin (əlavə olunur).

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 23 fevral 2018-ci il
No– 1018-VQD

 


Azərbaycan Respublikasının
2018-ci il 23 fevral tarixli
1018-VQD nömrəli Qanunu ilə təsdiq edilmişdir

“Azərbaycan avtomobil yolları – 100 il (1918-2018)”
Azərbaycan Respublikasının yubiley medalı haqqında

Ə S A S N A M Ə

Maddə 1. Təltif edilən şəxslər
“Azərbaycan avtomobil yolları – 100 il (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı ilə Azərbaycan avtomobil yolları infrastrukturunun inkişafında xüsusi xidmətləri olan, yol təsərrüfatı orqanlarında vəzifələrini nümunəvi yerinə yetirən, avtomobil yollarının, körpülərin, tunellərin və digər yol qurğularının tikintisində yüksək nəticələr əldə edən işçilər, veteranlar, habelə avtomobil yollarının bərpası və təmiri sahəsində yüksək xidmətləri olan şəxslər təltif edilirlər.

Maddə 2. Təltif edən orqan
“Azərbaycan avtomobil yolları – 100 il (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxsləri müvafiq icra hakimiyyəti orqanı təltif edir.

Maddə 3. Taxılma qaydası
“Azərbaycan avtomobil yolları – 100 il (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda onlardan sonra taxılır.

 


Azərbaycan Respublikasının
2018-ci il 23 fevral tarixli
1018-VQD nömrəli Qanunu ilə təsdiq edilmişdir

“Azərbaycan avtomobil yolları – 100 il (1918-2018)”
Azərbaycan Respublikasının yubiley medalının təsviri

Maddə 1. Medalın ümumi təsviri
“Azərbaycan avtomobil yolları - 100 il (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, diametri 36 mm, qalınlığı 3 mm olan dairəvi lövhədən ibarətdir.

Maddə 2. Medalın ön tərəfi
2.1. Diametr boyu kiçik kürəkciklərlə haşiyələnmiş medalın ön tərəfinin aşağı hissəsindən yuxarı hissəsinə doğru açılan günəş şüalarının üzərində yol, körpü və səkkizguşəli ulduzun fraqmentindən ibarət kompozisiya yerləşdirilmişdir. Kompozisiyanın aşağı hissəsində palıd budağı, yuxarı hissəsində “100” rəqəmi təsvir olunmuşdur.
2.2. Ön tərəfin yuxarı hissəsində qövs boyunca “AZƏRBAYCAN AVTOMOBİL YOLLARI”, aşağı hissəsində qövs boyunca “1918” və “2018” rəqəmləri həkk olunmuşdur. Yazılar ilə rəqəmlər arasında sol və sağ tərəflərdə diametri 2 mm olan səkkizguşəli ulduz və kompozisiyanı tamamlayan xəttlər təsvir olunmuşdur.
2.3. Medalın haşiyəsi, bütün yazılar və təsvirlər relyefli olaraq, qabarıqdırlar.

Maddə 3. Medalın arxa tərəfi
3.1. Medalın arxa tərəfində Azərbaycan Respublikasının xəritəsinin konturu təsvir olunmuşdur. Xəritənin üzərində “AZƏRBAYCAN AVTOMOBİL YOLLARI 1918 - 2018” sözləri yazılmışdır. Xəritə və yazılar relyefli olaraq, qabarıqdırlar.
3.2. Medalın arxa tərəfinin aşağı hissəsində medalın seriyası və nömrəsi həkk olunmuşdur.

Maddə 4. Medalın elementləri
4.1. Medalın paltarın yaxasına bərkidilmək üçün 30 mm x 50 mm ölçüdə, 2 halqa və ilgək vasitəsilə medala birləşdirilən beşbucaqlı elementi vardır. Elementin üzərinə mərkəzində 10 mm enində sarı rəngli, mərkəzdən sol və sağ tərəflərə doğru, ardıcıl olaraq, 6 mm enində göy rəngli, 1,5 mm enində qırmızı rəngli və 2,5 mm enində göy rəngli şaquli zolaqlar təsvir edilmiş xara lent çəkilmişdir.
4.2. Elementin yuxarı hissəsinə 32 mm x 5 mm ölçüdə, üzərində sol və sağ tərəflərdən mərkəzə doğru yönəldilmiş iti bucaqlı həndəsi elementlər təsvir edilmiş lövhə bərkidilmişdir.
4.3. Medala paltarın yaxasına bərkidilmək üçün elementi olan, eyni xara lentdən üz çəkilmiş 30 mm x 9 mm ölçülü qəlib əlavə olunur.

 


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU