Azərbaycan Respublikasının Seçki Məcəlləsində dəyişiklik edilməsi haqqında

Qanunlar      Paylaşın:        

Azərbaycan Respublikasının Seçki Məcəlləsində dəyişiklik edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 10 mart tarixli 543-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar  q ə r a r a   a l ı r :

Azərbaycan Respublikasının Seçki Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, No– 6, maddə 274, No– 12, I kitab, maddə 680; 2004, No– 6, maddə 416, No– 11, maddə 891; 2005, No– 2, maddə 62, No– 4, maddə 278, No– 7, maddələr 576, 584, No– 12, maddə 1091; 2007, No– 7, maddə 712; 2008, No– 6, maddə 457; 2009, No– 2, maddə 44; 2010, No– 4, maddə 276, No– 7, maddə 592; 2011, No– 3, maddə 163; 2012, No– 5, maddə 409; 2013, No– 6, maddə 592; 2015, No– 5, maddə 490; 2017, No– 5, maddə 705; Azərbaycan Respublikasının 2017-ci il 15 dekabr tarixli 917-VQD nömrəli Qanunu) 27.1-ci maddəsinin ikinci cümləsi aşağıdakı redaksiyada verilsin:
“Mərkəzi Seçki Komissiyasının üzvünün, sabiq üzvünün və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.”.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 6 mart 2018-ci il
No– 1022-VQD

 


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU