"Konstitusiya Məhkəməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
“Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı əndini rəhbər tutaraq, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 10 mart tarixli 543-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar q ə r a r a a l ı r :
“Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, No– 1, maddə 9, No– 8, maddə 598, No– 9, maddə 668; 2007, No– 4, maddə 320, No– 5, maddə 446, No– 7, maddə 712, No– 11, maddə 1078; 2008, No– 6, maddə 470, No– 7, maddə 608; 2010, No– 7, maddə 590; 2011, No– 4, maddə 266, No– 11, maddə 982; 2012, No– 6, maddə 521; 2014, No– 2, maddə 84; 2015, No– 5, maddə 491) 73.7-ci maddəsində “Pensiya yaşına çatmış və ya bu yaşa çatanadək əlil olmuş Konstitusiya Məhkəməsinin” sözləri “Konstitusiya Məhkəməsinin hakiminin,” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 6 mart 2018-ci il
No– 1027-VQD
Fayl şəklində yüklə