"Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
“Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
AZƏRBAYCAN RESPUBLIKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 10 mart tarixli 543-VQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:
“Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, No– 5, maddə 348; 1999, No– 11, maddə 609; 2000, No– 11, maddə 776; 2001, No– 9, maddə 576, No– 12, maddələr 733, 736; 2002, No– 12, maddə 706; 2004, No– 7, maddə 505, No– 12, maddə 976; 2005, No– 1, maddə 2, No– 12, maddə 1082; 2006, No– 11, maddə 923, No– 12, maddə 1018; 2007, No– 1, maddə 4, No– 12, maddə 1193; 2008, No– 2, maddə 49, No– 4, maddə 254, No– 6, maddə 462, No– 7, maddə 602; 2009, No– 12, maddə 970; 2010, No– 4, maddə 276, No– 11, maddə 949; 2011, No– 10, maddə 883; 2013, No– 11, maddə 1284, No– 12, maddə 1487; 2014, No– 10, maddə 1171; 2016, No– 4, maddə 657, No– 6, maddə 971; 2017, No– 3, maddə 336, No– 7, maddə 1279) 6-cı maddəsinin ikinci hissəsinin ikinci cümləsində “yaşa görə əmək pensiyasının baza hissəsinin” sözləri “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 6-1-ci maddəsinə uyğun olaraq əmək pensiyasının minimum məbləğinin” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 6 mart 2018-ci il
No– 1029-VQD
Fayl şəklində yüklə