"Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

Qanunlar      Paylaşın:        

“Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 10 mart tarixli 543-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:

“Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, No– 7, maddə 586; 2007, No– 1, maddə 1, No– 8, maddə 756, No– 11, maddələr 1078, 1081; 2008, No– 3, maddə 155, No– 6, maddə 481, No– 8, maddələr 694, 710; 2009, No– 6, maddə 399, No– 11, maddə 878; 2010, No– 3, maddə 171, No– 4, maddə 273, No– 11, maddə 944; 2011, No– 2, maddələr 71, 72; 2012, No– 11, maddə 1040; 2015, No– 10, maddə 1089; 2016, No– 6, maddə 984; 2017, No– 5, maddə 729; No– 7, maddə 1252) aşağıdakı dəyişikliklər edilsin:

1. 23.8-ci maddədə “25 il qulluq etmiş işçilər” sözləri “35 il qulluq stajı olan ədliyyə işçiləri (xüsusi rütbələrdən məhrum edilmiş ədliyyə işçiləri istisna olmaqla)” sözləri ilə əvəz edilsin.

2. 23.11-ci maddədə “25” rəqəmləri “35” rəqəmləri ilə əvəz edilsin.

3. 39.4.1-ci maddədə “55” rəqəmləri “60” rəqəmləri ilə, “25” rəqəmləri “30” rəqəmləri ilə əvəz edilsin.

4. 39.4.2-ci maddədə “50” rəqəmləri “55” rəqəmləri ilə, “20” rəqəmləri “25” rəqəmləri ilə, “10 təqvim ilindən” sözləri “12 il 6 aydan” sözləri ilə əvəz edilsin.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 6 mart 2018-ci il
No– 1031-VQD

 


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU