"Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında" Azərbaycan espublikasının Qanununda dəyişikliklər edilməsi barədə

Qanunlar      Paylaşın:        

“Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 10 mart tarixli 543-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar  q ə r a r a   a l ı r :

“Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, No– 2, maddə 106; 2001, No– 12, maddə 731; 2002, No– 1, maddə 4; 2004, No– 8, maddə 606; 2007, No– 3, maddə 206, No– 6, maddələr 560, 598, No– 11, maddə 1078; 2008, No– 8, maddə 699, No– 11, maddə 960; 2009, No– 6, maddə 395; 2010, No– 4, maddə 276; 2013, No– 12, maddə 1497) aşağıdakı dəyişikliklər edilsin:

1. 24-1-ci maddə ləğv edilsin.

2. 30-cu maddənin ikinci hissəsində “pensiya yaşına çatmış və ya bu yaşa çatanadək əlil olmuş sabiq deputatın” sözləri “deputatın, sabiq deputatın və onun ailə üzvlərinin” sözləri ilə əvəz edilsin.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 6 mart 2018-ci il
No– 1032-VQD

 


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU