"Standartlaşdırma haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

Qanunlar      Paylaşın:        

“Standartlaşdırma haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
 
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin 1-ci hissəsinin 24-cü bəndini rəhbər tutaraq   qərara alır:

Maddə 1. “Standartlaşdırma haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, No– 2, maddə 92; 2001, No– 11, maddə 683; 2004, No– 2, maddə 57, No– 10, maddə 761; 2007, No– 10, maddə 938; 2009, No– 12, maddə 948; 2014, No– 10, maddə 1166; 2017, No– 6, maddə 1025) 6-cı maddəsinin ikinci hissəsinin birinci abzasına aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Ərzaq məhsulları üçün dövlət standartları yalnız tövsiyə olunan tələbləri müəyyənləşdirir və həmin dövlət standartlarının tətbiqi könüllü xarakter daşıyır.”.

Maddə 2. Bu Qanun 2018-ci il iyulun 1-dən qüvvəyə minir.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 23 fevral 2018-ci il
No– 1013-VQD

 


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU