Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişikliklər edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci və 13-cü bəndlərini rəhbər tutaraq qərara alır:
Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, No– 9, maddə 838; 2014, No– 7, maddələr 766, 787, No– 10, maddə 1165; 2015, No– 5, maddə 503; 2016, No– 11, maddə 1773, No– 12, maddə 2010; 2017, No– 5, maddə 755, No– 6, maddə 1019, No– 6, maddə 1043; Azərbaycan Respublikasının 2018-ci il 1 fevral tarixli 982-VQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:
1. 48.1-ci maddənin birinci cümləsində “yaşayış evlərinin” sözləri “tikinti obyektlərinin” sözləri ilə əvəz edilsin.
2. 75.10-cu maddədə “10 gün” sözləri “3 iş günü” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 3 aprel 2018-ci il
No– 1059-VQD
Fayl şəklində yüklə