"Su təchizatı və tullantı suları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
“Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndini rəhbər tutaraq qərara alır:
“Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, No– 1, maddə 2; 2007, No– 5, maddə 436; 2008, No– 5, maddə 348; 2009, No– 10, maddə 768; 2010, No– 5, maddə 374; 2011, No– 4, maddə 263; 2012, No– 6, maddə 505; 2014, No– 6, maddə 617; 2016, No– 12, maddə 1992) 56-cı maddəsinin 1-ci hissəsinin ikinci abzasında “müraciəti alan gündən bir ay müddətində” sözləri “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 75-ci maddəsi ilə müəyyən edilmiş qaydada” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 3 aprel 2018-ci il
No– 1063-VQD
Fayl şəklində yüklə