"Fərdi məlumatlar haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
“Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq q ə r a r a a l ı r :
“Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, No– 6, maddə 480; 2014, No– 7, maddə 773) 13.2-1-ci maddəsində “Azərbaycan Respublikası ilə digər dövlətlər arasında bağlanmış” sözləri “Vergi və maliyyə məlumatlarının mübadiləsini nəzərdə tutan Azərbaycan Respublikasının tərəfdar çıxdığı” sözləri ilə əvəz edilsin və həmin maddədən “birbaşa və ya” sözləri çıxarılsın.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 3 aprel 2018-ci il
No– 1066-VQD
Fayl şəklində yüklə