"İcra haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
“İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı bəndini rəhbər tutaraq, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununu “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli 765-VQ nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:
“İcra haqqında” Azərbaycan Respublikasının Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, No– 3, maddə 114; 2003, No– 6, maddə 277; 2004, No– 8, maddə 598, No– 11, maddə 901, No– 12, maddə 973; 2007, No– 1, maddə 3, No– 6, maddə 562, No– 11, maddə 1053; 2008, No– 6, maddə 462, No– 7, maddə 602; 2009, No– 12, maddə 952; 2010, No– 2, maddə 75, No– 7 maddə 591; 2011, No– 6, maddə 482, No– 7, maddə 618; 2012, No– 11, maddə 1052; 2013, No– 6, maddə 613, No– 7, maddə 787, No– 12, maddə 1494; 2015, No– 12, maddə 1434; 2016, No– 12, maddə 2050; 2017, No– 2, maddə 156, No– 6, maddə 1056, No– 8, maddə 1511) 67-ci maddəsinin adında və mətnində aşağıdakı dəyişikliklər edilsin:
1. “, habelə işsizliyə görə” sözləri çıxarılsın.
2. “müavinətlərə” sözündən sonra “və işsizlikdən sığorta ödənişinə” sözləri əlavə edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 aprel 2018-ci il
No– 1080-VQD
Fayl şəklində yüklə