"Sosial müavinətlər haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

Qanunlar      Paylaşın:        

“Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN RESPUBLIKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununu “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli 765-VQ nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:

“Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, No– 2, maddə 76; 2007, No– 10, maddə 933; 2008, No– 6, maddələr 464, 475; 2013, No– 1, maddə 19, No– 6, maddə 618, No– 11, maddələr 1240, 1306; 2017, No– 7, maddə 1278; Azərbaycan Respublikasının 2018-ci il 6 mart tarixli 1033-VQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

1. 4.0.1.11-ci, 7.0.10-1-ci, 9.4-cü və 11.3-cü maddələr ləğv edilsin.

2. 6.2-ci maddədən “və işsizlik müavinəti” sözləri çıxarılsın.

3. 7.0.13-cü maddədə “və 4.0.1.11-ci” sözləri çıxarılsın və “şəxs” sözündən sonra “, “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsizlikdən sığorta ödənişini alan şəxs” sözləri əlavə edilsin;

4. 8-ci maddə üzrə:
4.1. birinci cümlədən “işsizlik müavinəti və” sözləri çıxarılsın;
4.2. ikinci cümlədə “İşsizlik müavinətinin məbləği “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa, vəfat” sözləri “Vəfat” sözü ilə əvəz edilsin və “isə” sözü çıxarılsın.

5. 9.1-ci maddədən “işsizlik müavinəti və” sözləri çıxarılsın.

6. 10.1-ci maddənin birinci cümləsindən “(işsizlik müavinəti istisna olmaqla)” sözləri və ikinci cümləsi çıxarılsın.

7. 11.1-ci, 12.1-ci və 12.2-ci maddələrdən “(işsizlik müavinəti istisna olmaqla)” sözləri çıxarılsın.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 24 aprel 2018-ci il
No– 1082-VQD

 


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU