Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında

Qanunlar      Paylaşın:        

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı bəndini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, No– 10, maddə 762, No– 12, maddə 973; 2010, No– 7, maddə 587; 2011, No– 6, maddə 485, No– 7, maddə 593; 2012, No– 5, maddə 410; 2013, No– 1, maddə 16, No– 11, maddə 1267; 2016, No– 1, maddə 12; 2017, No– 4, maddə 522, No– 5, maddə 752, No– 11, maddə 1976) aşağıdakı dəyişikliklər edilsin:

1. 18.0.1, 18.0.2 və 18.0.4-cü maddələrə “nümayəndəsinin” sözündən sonra “və ya vəkilinin” sözləri əlavə edilsin.

2. 19.1.4-cü maddəyə “nümayəndəsi” sözündən sonra “və ya vəkili” sözləri əlavə edilsin.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 1 may 2018-ci il
No– 1112-VQD

 


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU