Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı bəndini rəhbər tutaraq qərara alır:
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, No– 1, maddə 17, No– 5, maddə 323; 2002, No– 5, maddə 236; 2003, No– 1, maddələr 23, 24, No– 6, maddə 279; 2004, No– 7, maddə 505, No– 8, maddə 598, No– 10, maddə 761; 2005, No– 4, maddələr 277, 278; 2006, No– 2, maddə 64, No– 12, maddə 1006; 2007, No– 1, maddələr 3, 4, No– 2, maddə 68, No– 5, maddə 439, No– 6, maddə 560, No– 7, maddə 712, No– 8, maddə 756; 2008, No– 6, maddə 462, No– 7, maddə 602, No– 12, maddə 1046; 2009, No– 6, maddə 402; 2010, No– 2, maddə 75, No– 4, maddə 276; 2011, No– 6, maddələr 471, 476, No– 7, maddələr 583, 619, No– 12, maddələr 1096, 1105; 2012, No– 5, maddə 411, No– 6, maddə 511; 2013, No– 5, maddə 472, No– 6, maddə 625, No– 11, maddələr 1266, 1307; 2015, No– 6, maddə 677, No– 12, maddə 1435; 2016, No– 5, maddə 836, No– 6, maddə 1016, No– 11, maddələr 1761, 1763, No– 12, maddə 2047; 2017, No– 2, maddə 155, No– 4, maddə 523, No– 5, maddələr 706, 750, No– 11, maddələr 1935, 1975) aşağıdakı dəyişikliklər edilsin:
1. 19-cu maddənin “Qeyd” hissəsinin birinci cümləsində ikinci halda “götürənin” sözü “götürülənin” sözü ilə, ikinci cümləsində ikinci halda “götürənlər” sözü “götürülənlər” sözü ilə əvəz edilsin.
2. 402-ci maddədə “rədd edilməsi,” sözlərindən sonra “apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması,” sözləri əlavə edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 may 2018-ci il
No– 1113-VQD
Fayl şəklində yüklə