Azərbaycan Respublikasının "Gəmiçilik sahəsində xidmətlərə görə" medalının və "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyi (1858-2018)" yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

Qanunlar      Paylaşın:        

Azərbaycan Respublikasının “Gəmiçilik sahəsində xidmətlərə görə” medalının və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin
160 illiyi (1858-2018)” yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və
medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 9-cu bəndini rəhbər tutaraq   q ə r a r a    a l ı r :

Maddə 1. “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992, No– 23, maddə 996; 1993, No– 23-24, maddə 676; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, No– 5, maddə 251; 2003, No– 12, I kitab, maddə 677; 2005, No– 4, maddə 291; 2006, No– 10, maddə 846; 2007, No– 3, maddə 213; 2008, No– 6, maddələr 452, 472; 2009, No– 1, maddə 4, No– 5, maddə 312, No– 7, maddələr 514, 515, No– 12, maddə 974; 2010, No– 3, maddə 174, No– 11, maddə 960; 2011, No– 11, maddə 992; 2012, No– 7, maddə 664, No– 11, maddələr 1036, 1048, 1061; 2013, No– 5, maddələr 460, 478, No– 10, maddə 1143, No– 12, maddə 1477; 2014, No– 6, maddələr 612, 623; 2015, No– 12, maddə 1447; 2016, No– 12, maddələr 1979, 2040; 2017, No– 1, maddələr 16, 27, No– 7, maddə 1311, No– 10, maddə 1771, No– 11, maddə 1962, No– 12, I kitab, maddələr 2242, 2269; Azərbaycan Respublikasının 2018-ci il 13 fevral tarixli 1001-VQD nömrəli və 23 fevral tarixli 1018-VQD nömrəli qanunları) 2-ci maddəsində “Azərbaycan avtomobil yolları – 100 il (1918-2018)”Azərbaycan Respublikasının yubiley medalı” hissəsindən sonra nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda yeni hissələr əlavə edilsin:

“Gəmiçilik sahəsində xidmətlərə görə” medalı;

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyi (1858-2018)” yubiley medalı.”.

Maddə 2. “Gəmiçilik sahəsində xidmətlərə görə” Azərbaycan Respublikasının medalı haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

Maddə 3. “Gəmiçilik sahəsində xidmətlərə görə” Azərbaycan Respublikası medalının təsviri” təsdiq edilsin (əlavə olunur).

Maddə 4. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyi (1858-2018)” Azərbaycan Respublikasının yubiley medalı haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur.)

Maddə 5. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyi (1858-2018)” Azərbaycan Respublikası yubiley medalının təsviri” təsdiq edilsin (əlavə olunur).

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 3 aprel 2018-ci il
No– 1049-VQD

 


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU