"Torpaq islahatı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

Qanunlar      Paylaşın:        

“Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 13-cü bəndini rəhbər tutaraq, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununu “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 29 dekabr tarixli 961-VQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:

“Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, No– 3, maddə 203; 2001, No– 1, maddə 26, No– 3, maddə 149, No– 6, maddə 375; 2002, No– 5, maddələr 237, 241; 2003, No– 1, maddə 14; 2004, No– 2, maddə 59, No– 4, maddə 212; 2006, No– 6, maddə 478; 2007, No– 1, maddə 3; 2008, No– 3, maddə 154, No– 12, maddə 1048; 2009, No– 2, maddə 36; 2015, No– 3, maddə 246, No– 10, maddələr 1092, 1097) 7-ci maddəsinin 1-ci hissəsinin altıncı abzasında “idman meydançalarının” sözlərindən sonra “və qəbiristanlıqların” sözləri əlavə edilsin.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 4 may 2018-ci il
No– 1125-VQD

 


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU