Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında

Qanunlar      Paylaşın:        

Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 13-cü bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının Torpaq Məcəlləsini “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 29 dekabr tarixli 961-VQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:

Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, No– 8, maddə 478; 2001, No– 12, maddə 736; 2002, No– 5, maddələr 237, 241; 2003, No– 1, maddə 11, No– 6, maddə 256, No– 8, maddə 423; 2004, No– 2, maddə 59, No– 6, maddə 415, No– 10, maddə 761; 2006, No– 2, maddə 67, No– 6, maddə 478, No– 8, maddə 657, No– 11, maddə 932; 2007, No– 1, maddə 3, No– 8, maddə 745; 2008, No– 5, maddə 348, No– 6, maddə 460, No– 8, maddə 707, No– 12, maddə 1048; 2009, No– 2, maddə 36; 2012, No– 6, maddə 497; 2013, No– 6, maddə 621; 2015, No– 3, maddə 244, No– 4, maddə 358, No– 10, maddə 1094; 2016, No– 1, maddələr 24, 27, No– 4, maddə 639; 2017, No– 1, maddə 24, No– 7, maddə 1301, No– 12, I kitab, maddə 2271) 47-ci maddəsinin 3-cü hissəsində “idman meydançalarının” sözlərindən sonra “və qəbiristanlıqların” sözləri əlavə edilsin.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 4 may 2018-ci il
No– 1126-VQD

 


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU