"Qiymətli kağızlar bazarı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
“Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu bəndini rəhbər tutaraq, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununu “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:
“Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, No– 7, maddə 813; 2016, No– 3, maddə 411, No– 11, maddə 1756, No– 12, maddə 2003; 2017, No– 2, maddə 159, No– 5, maddə 712, No– 12, I kitab, maddə 2222) 7.4-cü maddəsinə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“İnvestisiya qiymətli kağızlarının reklamının xüsusiyyətləri “Reklam haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 4 may 2018-ci il
No– 1132-VQD
Fayl şəklində yüklə