"Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

Qanunlar      Paylaşın:        

“Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

AZƏRBAYCAN RESPUBLIKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununu “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 31 oktyabr tarixli 834-VQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:

“Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, No– 5, maddə 348; 1999, No– 11, maddə 609; 2000, No– 11, maddə 776; 2001, No– 9, maddə 576, No– 12, maddələr 733, 736; 2002, No– 12, maddə 706; 2004, No– 7, maddə 505, No– 12, maddə 976; 2005, No– 1, maddə 2, No– 12, maddə 1082; 2006, No– 11, maddə 923, No– 12, maddə 1018; 2007, No– 1, maddə 4, No– 12, maddə 1193; 2008, No– 2, maddə 49, No– 4, maddə 254, No– 6, maddə 462, No– 7, maddə 602; 2009, No– 12, maddə 970; 2010, No– 4, maddə 276, No– 11, maddə 949; 2011, No– 10, maddə 883; 2013, No– 11, maddə 1284, No– 12, maddə 1487; 2014, No– 10, maddə 1171; 2016, No– 4, maddə 657, No– 6, maddə 971; 2017, No– 3, maddə 336, No– 7, maddə 1279, Azərbaycan Respublikasının 2018-ci il 1 fevral tarixli 976-VQD nömrəli Qanunu) 15-ci maddəsinin birinci hissəsinin altıncı abzasında “aspirantlara (magistrlərə)” sözləri “doktorantlara və magistrlərə” sözləri ilə əvəz edilsin.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 4 may 2018-ci il
No– 1141-VQD

 


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU