"Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" Azərbaycan Respublikasının Qanununda əyişiklik edilməsi barədə
“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda əyişiklik edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 8-ci bəndini rəhbər tutaraq, “Hərbi vəziyyət haqqında” Azərbaycan Respublikasının 2017-ci il 14 fevral tarixli 530-VQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:
“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, No– 6, maddə 365; 2005, No– 4, maddə 278; 2007, No– 11, maddə 1072; 2010, No– 3, maddə 168; 2012, No– 11, maddə 1057; 2013, No– 11, maddə 1313; 2015, No– 11, maddə 1279; 2017, No– 2, maddələr 141, 160) 18-ci maddəsinin birinci hissənin ikinci cümləsinə “Fövqəladə hallarla” sözlərindən sonra “və ya hərbi vəziyyətlə” sözləri əlavə edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 may 2018-ci il
No– 1098-VQD
Fayl şəklində yüklə