"Həmkarlar ittifaqları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

Qanunlar      Paylaşın:        

“Həmkarlar ittifaqları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 8-ci və 10-cu bəndlərini rəhbər tutaraq, “Hərbi vəziyyət haqqında” Azərbaycan Respublikasının 2017-ci il 14 fevral tarixli 530-VQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:

“Həmkarlar ittifaqları haqqında” Azərbaycan Respublikası Qanununun(Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1994, No– 17, maddə 235; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, No– 3, maddə 226, No– 5, maddə 379; 2001, No– 11, maddələr 676, 683; 2004, No– 6, maddə 397; 2005, No– 1, maddə 5, No– 8, maddə 684; 2006, No– 11, maddə 922; 2007, No– 5, maddə 437, No– 11, maddə 1049; 2010, No– 3, maddə 171; 2012, No– 7, maddə 672; 2013, No– 1, maddə 17; 2014, No– 10, maddə 1172; 2018, No– 1, maddə 6 ) 8-ci maddəsində aşağıdakı dəyişikliklər edilsin:

1. Adına “xitam verilməsi” sözlərindən sonra “və ya fəaliyyətinin dayandırılması” sözləri əlavə edilsin.

2. Aşağıdakı məzmunda üçüncü hissə əlavə edilsin:
“Hərbi vəziyyətin elan edilməsinə səbəb olmuş halların aradan qaldırılmasına və müəyyən edilmiş tədbirlərin həyata keçirilməsinə mane olan həmkarlar ittifaqları təşkilatlarının fəaliyyəti hərbi vəziyyət başa çatanadək dayandırıla bilər.”.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 1 may 2018-ci il
No– 1100-VQD

 


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU