"Kütləvi informasiya vasitələri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər dilməsi barədə

Qanunlar      Paylaşın:        

“Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər dilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 8-ci və 23-cü bəndlərini rəhbər tutaraq, “Hərbi vəziyyət haqqında” Azərbaycan Respublikasının 2017-ci il 14 fevral tarixli 530-VQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:

“Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, No– 2, maddə 82; 2001, No– 12, maddə 736; 2002, No– 3, maddə 116, No– 5, maddə 245; 2004, No– 2, maddələr 57, 58; 2005, No– 4, maddə 278; 2007, No– 8, maddə 752, No– 11, maddə 1079; 2009, No– 4, maddə 212, No– 8, maddə 611; 2010, No– 3, maddə 172; 2015, No– 2, maddə 82, No– 11, maddələr 1258, 1292; 2016, No– 1, maddə 40, No– 5, maddə 837, No– 12, maddə 1986; 2017, No– 12 (I kitab), maddə 2254; 2018, No– 1, maddə 16) 7-ci maddəsində aşağıdakı dəyişikliklər edilsin:

1. ikinci-dördüncü hissələr müvafiq olaraq üçüncü-beşinci hissələr hesab edilsin və aşağıdakı məzmunda ikinci hissə əlavə edilsin:
“Hərbi vəziyyət dövründə “Hərbi vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq kütləvi informasiya vasitələrinin məlumat və materialları hərbi senzuradan keçirilə, habelə hərbi vəziyyət tətbiq edilən ərazidə (ərazilərdə) kütləvi informasiya vasitələrinin xüsusi fəaliyyət rejimi tətbiq edilə bilər.”

2. üçüncü hissəyə “Fövqəladə” sözündən sonra “və hərbi” sözləri əlavə edilsin.

 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 1 may 2018-ci il
No– 1107-VQD

 


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU